Çavuşoğlu əməliyyata qarşı çıxanlara elə sözlər söylədi ki…

Öz göbəyimizi özümüz kəsəcəyik və bizim üçün həyati əhəmiyyəti olan bu hərəkatı uğurla başa vuracağıq.

Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“Bizim dərdimiz terrorçulardır. Kimsə digər məsələlərin arxasına sığınaraq bu əməliyyata qarşı çıxmasın. Yəməndə o qədər insanı öldürdünüz, ac buraxdınız. İndi hansı üzlə bu hərəkata qarşı çıxırsınız”, – Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Çavuşoğlunun bu sözlərlə ərəb koalisiyasını və bu koalisiyanı dəstəkləyən Qərb ölkələrini nəzərdə tutduğu bildirilir.