Çavuşoğlu: Ankara Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayırır

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyəni maraqlandırmaya bilməz.

“Habertürk”ün məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir və Ankara hökuməti bu münaqişənin həllinə xüsusi diqqət yetirir.