Biz də insanıq. Türküstan hər keçən gün yox olur. Xahiş edirik, biriləri fəryadımızı duysun. Sozcu.az xəbər verir ki, bu sözləri uyğur türklərinin nümayəndəsi Nurala Göktürk bildirib. Göktürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalıya da səslənib: "Bizim günahımız nədir? Niyə bu insanlara həbs verilir? Biz terrorçuyuq? Ərdoğan bəyin çıxışını...
Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim partiya ilə müxalifət arasında mübahisə davam edir. Virtualaz.org xəbər verir ki, AKP-nin tələbi ilə İstanbulda etibarsız hesab edilmiş 330 minə yaxın səsin, o cümlədən 60-dan çox məntəqədə bütün səslərin yenidən sayılması başa çatmaqda ikən Yüksək Seçim Kurulu Maltəpə rayonunda...
13 aprel 2019-cu il saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə I Bütöv Azərbaycan Forumu öz işinə başladı. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyü məsələsini gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatların nümayəndələri,...
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Sozcu.az-a verilən məlumata görə, ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı...
Qazaxıstan senatının spikeri Dariqa Nazarbayeva dövlət başçısı postuna namizədliyini irəli sürməyi planlaşdırmır. Bu barədə “Tengrinews” portalı Nazarbayevanın köməkçisi Saula Mustafayevaya istinadən məlumat yayıb. Dariqa Nazarbayeva Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevanın böyük qızıdır. 2016-cı ilin sentyabr ayında senatın deputatı olub. 20 mart 2019-cu ildən etibarən parlament spikeri vəzifəsini tutur.
Aprelin 3-də 40-dan çox ABŞ konqresmeni Çinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Çin Sincan Uyğur Muxtar Vilayətində düşərgələr qurmaqda ittiham olunur. Koqresmenlər Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa məktubunda Amerika şirkətlərinin dolayısı ilə Pekinə yerli əhaliyə nəzarət etməkdə dolayısı ilə kömək etmədiklərini öyrənmək istədiklərini bildiriblər. Məktubda bütün dünyada insan...
Bu gün Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb. Qəzada bütün ekipaj üzvləri həlak olub. Bu barədə ölkə prezidenti Kasım Jomart Tokayev öz Twitter hesabında məlumat yayıb. RİA Novosti-nin məlumatına görə,hadisə bu gün səhər saatlarında Qazaxıstanın Qızıl Orda rayonunda baş verib. Mİ-8 markalı hərbi helikopter yerə çırpılıb və tamamilə...
Səudiyyə Ərəbistanı mediasının PKK-nın XİN rəhbəri kimi təqdim etdiyi Rza Altını 2017-ci ildə aparılan hərbi əməliyyat zamanı öldürdük. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib. Altun R.Altının Qəndildə həyata keçirilən hava əməliyyatı zamanı vurulduğunu söyləyib.
Daha bir ölkə paytaxtın adını dəyişir. Modern.az xəbər verir ki, Qırğız Respublikası Prezident Aparatının keçmiş rəhbəri Emilbəy Kaptaqayev Bişkekin adının dəyişdirilərək Manas adlandırılmasını təklif edib. Məlumata görə, Kaptaqayev bu təkliflə öz “Feysbuk” səhifəsində çıxış edib. O, həmçinin Bişkek adının paytaxtın rayonlarından birinə-Sverdlovsk rayonuna verilməsini təklif edib. Qeyd edək ki, bundan öncə Qazaxıstanın...
Bu gün Ankarada Türk Dünyası Birinci Qurultayı işə başlayıb. ONA-nın məlumatına görə, qurultayın başlanğıcında Ərgənəkon canlandırılıb: dəmir döyülüb, tonqal qalanıb. Qurultayın təşkilatçısı olan Turan Milli Türk Sivilizasiyası, Cəmiyyətin Mədəni və Təhsil Cəmiyyətinin rəhbəri Dərviş Rəcəb Var türk xalqlarının birliyindən bəhs edib. Azərbaycan bu tədbirdə Diasporlarla iş üzrə dövlət Komitəsinin sədr müavini Valeh...