Dünyanın ən kök adamı ünvanını alan Pol Meyson yenə çəkisini artırıb. Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı kişi sevgilisindən ayrıldığı üçün daha 100 kiloqram kökəlib. O, bunun stres nəticəsində iştahının artması ilə izah edib. Qeyd edək ki, o, 3 il öncə əməliyyat keçirərək 445 kq-dan 325 kq-a düşmüşdü. Hazırda...
Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva saçlarını keçəl edib. Sozcu.az-ın məlumatına görə, həyat yoldaşı Royal da ona dəstək üçün saçlarını qırxdırıb. Kimyaterapiya alan aktrisanın saçları tökülmüşdü. Yeni fotosunu paylaşan Əliyeva “Xoşbəxt olmaq üçün xarici görünüşün heç bir anlamı yoxdur” sözlərini qeyd edib. Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət...
Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Hazal Kaya hamilədir. Sozcu.az xəbər verir ki, iki aylıq uşaq sahibi olan sənətçinin övladını harada dünyaya gətirəcəyi məlum olub. Bildirilir ki, aktrisa övladını Los-Ancelesdə dünyaya gətirəcək. Qeyd edək ki, Hazal Kaya Ali Altay ilə evlidir.(Axşam.az)
Əməkdar artist Gülzar Qurbanovanın yeni fotosu yayılıb. Sozcu.az xəbər verir ki, sənətçi görüntüsü ilə diqqət çəkib. Narıncı saçlarda olan aktrisanı görənlər tanımaqda çətinlik çəkib. Məlum olub ki, onun bu imicinin səbəbi yeni çəkildiyi filmə görədir. Qeyd edək ki, Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olu və Moskvada kinematoqrafiya institutunu bitirib. Azərbaycanlı aktyor...
"Milyonçu deyiləm, sadə ailəm var. Amma toydan, məclisdən, reklam və İnstaqramdan qazandığım pulu xeyriyyəçiliyə xərcləyirəm. Bütün sənətlə bağlı xərcləri çıxıram, qalanını verirəm xeyriyyə işlərinə". Sozcu.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli "Ən yaxşısı" verilişində deyib. Roza qazancından bəhs edib. "İlk dəfə etiraf edirəm ki, qazandıqlarımın çoxunu xeyriyyə işlərinə verirəm. Deyirlər,...
Azərbaycanın ən reytinqli və ən bahalı şousu – “Maşın” ekranlara qayıdır. “Maşın” şou oktyabr ayının 1-dən etibarən ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə ölkənin tanınmış simaları arasında baş tutacaq. “M Group Production”ın Mətbuat Xidmətindən verilən xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin...
“Survivor” yarışması ilə məşhurlaşan Gizem və Hakan Hatipoğlu cütülüyü ilk dəfə qızları Lilanın üzünü göstərib. Sozcu.az xəbər verir ki, sosial media hesablarında paylaşım edən cütlük “Canım qızım, pambıq əllərini heç vaxt buraxmayacağıq” deyə, yazıblar. Qeyd edək ki, Gizemin Hakana hamilə olduğunu dediyi görüntülər sosial mediada gündəm olmuşdu.(Axşam.az)
Aktyorlar Akın Akınözü və Ebru Şahinin rol aldığı ATV-nin "Hercai" serialında dəyişiklik edilib. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Miranın bacısı Elif Aslanbey obrazını canlandıran Eda Elif Başlamışlı ekran işindən uzaqlaşdırılıb. Onun obrazını bundan sonra Duyğu Yetiş canlandıracaq. Artıq Duyğu çəkilişlərə başlayıb.
Müğənni Xatirə İslam qonaq olduğu toydan yeni video paylaşıb. Sozcu.az xəbər verir ki, toyda əməkdar artist Röya Ayxan da iştirak edib. Röya həmkarını qucaqlayaraq onu baldız olması münasibətilə təbrik edib. "Baldız oldun, gözəl hisdir, sağ əlin mənim başıma" deyə, o, bildirib. Xatirənin dərin sinə dekolteli geyimi izləyicilər tərəfindən tənqid edilib.(Axşam.az)
Əməkdar artist Elza Seyidcaha yeni şeirini təqdim edib. Sozcu.az xəbər verir ki, sənətçinin “Instagram” səhifəsində paylaşdığı şeiri maraqla qarşılanıb. E.Seyidcahan “Adamsız evlər” adlı şeirində yenə fərqli üslubunu hiss etdirib. Həmin şeiri təqdim edirik: Elə bilirsən, Səni məndən soruşmurlar? -Hanı o? O hanı? -Danışmıram. Eşqimizin faydasıdır, susuram. Elə adamları sevdim ki, Səni sevdiyimdən betər. Görürsən? Heç yadıma düşmürlər, Unuduram. Gəlmirlər, getmirlər, Öpmürlər,sevirlər. Sən də elə öləcəksən dərdimdən. Çıxacaqsan yaddaşımın ruhundan birdəfəlik. İki dəfəlik...