Xalq artisti Brilliant Dadaşova rüşvət alan məmurlara mahnı həsr edib. Sozcu.az xəbər verir ki, onun sözügedən mahnını ifa edərkən videosunu Əməkdar artist Bəhram Bağırzadə paylaşıb. B.Bağırzadə paylaşımına “Xahiş edirəm, əsəbi xarab olanlar videoya baxmasınlar” şərhini yazıb. https://www.youtube.com/watch?v=dPGurRrbCqk
Prodüser Təranə Səmədova keçmiş əri, müğənni Kərim Abbasovla bağlı gözlənilməz açıqlama verib. Sozcu.az-ın məlumatına görə, "ATV maqazin onlarla"nın qonağı olan Təranə sualları cavablandırıb. O, "Kərim Abbasov, yoxsa Rəqsanə ismayılova" sualına belə cavab verib: "Hardasa Kərim Abbasov. Bu sözü deyəndə hamı mənə təəccüblənir. Amma hardasa onun vicdanı var". Qeyd edək ki, Təranə Kərimlə ailəli...
Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə də dustaqlar prosesə gətirilməyib. Məhkəmə...
“Eurovision 2017” təmsilçimiz Diana Hacıyeva (Dihaj) tərzi ilə maraq doğurmağa davam edir. Sozcu.az xəbər verir ki, sosial media hesabında yeni fotosunu paylaşan Dihajın hündürdaban ayaqqabısı diqqətdən yayınmayıb. O, ağ ayaqqabısını zolaqlı corabla tamamlayıb. Müğənninin isti havada belə ayaqqabıya üstünlük verməsi izləyicilərin gözündən qaçmayıb.
Dünyaca məşhur model Adriana Lima özünə yeni sevgili tapıb. Sozcu.az xəbər verir ki, sənətçinin budəfəki sevgilisi də türkdür. Belə ki, model bu gün türkiyəli biznesmen Emir Uyarla Mikonosda əl-ələ görüntülənib. Qeyd edək ki, A.Lima 1,5 il yazıçı Metin Hara ilə sevgili olmuşdu. Onlar ötən qış ayrılıb.
Türkiyənin Mədəniyyət və Turizm Naziriliyinin təşkil etdiyi yay konsertlərində müğənni Sılanın da səhnəyə çıxacaq olması qalmaqal yaradıb. Sozcu.az xəbər verir ki, sosial mediada buna etiraz edənlər olub. Hadisədən sonra nazir Mehmet Nuri Ərsoy ifaçının konsertini ləğv etdiyini açıqlayıb. Qeyd edək ki, İzmirdə baş tutması planlaşdırılan konsertin ləğvinə isə Darbe hadisələri zamanı Sılanın...
Müğənni Mustafa Ceceli ilə Selin İmer Çeşmədə obyektivlərə tuş gəlib. Sozcu.az-ın məlumatına görə, İmerin dəniz suyuna allergiyası olduğu üçün cütlük dənizə girməyib. Ceceli və Selin Alaçatı gəzintisi zamanı jurnalistlərin suallarını cavablandırıb. İmer bütün günü suya girmədən, günəş vannası qəbul etdiyini söyləyib. Mustafa Ceceli də arvadını tək qoymayaraq, dənizə girməyib.
Müğənni Xəyyam Nisanov rusiyalı ifaçı Yana Çurikova ilə bir araya gəlib. Sozcu.az xəbər verir ki, onların məclislərin birində görüşüb. Xəyyam Yana ilə fotosunu İnstaqramda paylaşıb. “Ovsunlayıcı Yana Çurikova ilə eyni rəngdə geyinmişik” deyə, sənətçi paylaşımına yazıb.
Amerikalı aktyor Kemeron Boys 20 yaşında vəfat edib. Sozcu.az xəbər verir ki, o, yuxudan ayılmayıb. Sənətçinin hansı səbəbdən ölməsi araşdırılır. Qeyd edək ki, Kemeron Boys Disney kanalında yayımlanan "Jessie" serialında Lyuk Ross obrazını canlandırırdı.
Müğənni Murad Boz ilə aktrisa Aslı Enver kirayə götürəcəkləri bir yaxta ilə kənd-kənd gəzəcəklər. Sozcu.az xəbər verir ki, Murad 10 gün üçün 50 min lirə (təxminən, 15 min manat) ödəyəcək. Müğənni sevgilisi ilə dincəlmək, yeni mövsüm üçün enerji yığmaq istəyir. Sevgililər ilk olaraq Göceke gedəcəklər. Daha sonra onlar Marmarisə yollanacaq. Sonra...