Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ 10 ildir siması olduğu cins brendi ilə müqaviləsini təzələyib. Sozcu.az xəbər verir ki, o, ötən gün həyat yoldaşı ilə markanın tanıtım gecəsinə qatılıb. Məlum olub ki, sənətçi bir illik müqaviləyə əsasən 5 milyon lirə (1,4 milyon manat) pul alacaq.(Axşam.az)
Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişinin qonağı olub. Sozcu.az xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) müğənnini dünya ulduzu Madonnaya bənzətməsi qarşı tərəfin xoşuna gəlməyib. Dadaşova "Azərbaycanın Madonnası Brilliant dadaşovadır" sözlərinə belə cavab verib: "Madonnanı müğənni hesab etmirəm. Gözəl şou göstərir, akrobatik hərəkətlər edir. Gözəl qadındır, yaxşı vücudu var....
Əməkdar artist Məlahət Abbasova Türkiyədə "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazovaya dəstək olub. Sozcu.az xəbər verir ki, aktrisa aparıcı Elgiz Əkbərin Yağmurun ünvanına yazdığı tənqidlərə əsəbiləşib. O, Elgizin dediyi "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir" sözlərini tənqid edib: "İlk başda "Kanal 7"də yayımlanan...

Sevdadan yeni klip

Müğənni Sevda Yahyayeva “Keçmiş olsun” adlı klipini təqdim edib. Sozcu.az xəbər verir ki, mahnının sözləri Leyli Erola, musiqisi isə Hakan Erola məxsusdur. Klipi Əli Fərhad ekranlaşdırıb. Sevda ilə birgə klipdə model İqo Quseynov da rol alıb. O, ekran işində müğənninin sevgilisi obrazını canlandırıb. https://www.youtube.com/watch?v=qxeEyG9eaiQ
"Yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da ölkəsinə getməmək üçün göz yaşları tökən qızcığaz". Sözcü.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər Türkiyədə seriallara çəkilən aktrisalarımızın ünvanına deyib. O, “Kanal 7”də yayımlanan “Yemin” serialında rol alan aktrisa Yağmur Şahbazovanı tənqid edib. Ekran işində Narin adlı azərbaycanlı obrazını...

Oksanadan yeni imic – Foto

Rəqqasə Oksana Rəsulova imicində dəyişiklik edib. Sozcu.az xəbər verir ki, sənətçi bu dəfə saçlarını kəsdirib və onları rənglətdirib. O, yeni görüntüsünü sosial media hesabında paylaşıb. Oksananın təzə imici sevənlərini iki yerə bölüb. Onların yarısı aktrisanın yeni halını bəyənsə də, digərləri köhnə imicinin daha uğurlu olduğunu yazıb.
Şairə Nazilə Səfərli uzun müddət sonra həyat yoldaşı ilə fotosunu paylaşıb. Sozcu.az xəbər verir ki, sənətçi paylaşımına bu sözləri yazıb: “Çoxsaylı izləyicilərimin xahişini nəzərə alıb, biz də ər-arvad şəkili paylaşmaq qərarına gəldik. 23 ildir evliyik. Elçin məndən 8 yaş böyükdür. İki ali təhsilli oğlumuz var. Yoldaşım illərdir Aygün Kazımovanın fanatıdır”. Ancaq N.Səfərlinin...
Adətən sosial şəbəkə hesabından təqibçiləri ilə daha çox gəzinti, səyahət, istirahət və reklam xarakterli paylaşımları bölüşən aparıcı-aktyor İlkin Həsəni bu dəfə təəccübləndirib. Sozcu.az Milli.Az-a istinadla xəbər verir ki, İlkin İnstaqram hesabından xaraba bir evdə çəkilmiş fotosunu paylaşıb. Ən maraqlısı isə aktyorun bu fotosuna yazdığı şərh olub. İlkin Həsəni fotosuna "İnsan nə...
56 yaşlı Hollivud ulduzu Demi Mur “Harper’s Bazaar” dərgisi üçün obyektiv qarşısına keçib. Sözcü.az xəbər verir ki, aktrisa jurnalın yeni buraxılışı üçün lüt şəkillər çəkdirməkdən çəkinməyib. Açıq-saçıq müsahibə verən Demi bir çox etiraflar da edib. O, uşaq yaşlarında anasını narkotik aludəçiliyindən xilas etməyə çalışdığını deyib: “Xatırlayıram, balaca əllərimlə anamın ağzından dərmanları çıxarmağa...
Rejissor-aktyor Kənan M.M.-in Türkiyədə çəkildiyi "Savaşçı" serialının yeni mövsüm bölümlərində yer almadığı iddia olunub. Sozcu.az xəbər verir ki, ekran işində Bəxtiyar obrazını canlandıran Kənana bunla bağlı sosial şəbəkədə də yüzlərlə sual ünvanlanıb. Aktyor isə sualları cavablandıraraq, belə bir halın olmadığını bildirib. "Soruşulanlara cavab verirəm: "Savaşçı"ya, Azərbaycan bayrağını təmsil etməyə davam" deyə,...