Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif...
Təhsil müəssisələrinin akkreditasiyadan keçməsinə görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib. Sozcu.az-in ONA-ya istinadən məlumatına görə, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, təhsil müəssisələrinin akkreditasiyadan keçməsinə görə dövlət rüsumları 20 manat olacaq. Həmin təhsil müəssisələrinin siyahısına məktəbəqədər, ümumi, məktəbdənkənar, peşə təhsili, orta ixtisas, ali təhsil, əlavə təhsil və təhsil fəaliyyətini...
Aprel döyüşlərində yaralanaraq ayaqları tutulan II qrup Qarabağ əlili Əzimov Elşən Balaxan oğlu mətbuata müraciət ünvanlayıb. Sozcu.az xəbər verir ki, 39 yaşlı Aprel döyüşlərinin iştirakçısı müharibə zamanı xəsarət aldığını, ayaqlarının tutulduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanda müalicəsi olmasa da, xarici ölkələrin birində bu, mümkündür: “Füzuli rayonunda N saylı hərbi...
“Xəbərdarlıq edilməsinə baxmayaraq, iki dəfə Mətbuat Şurasının “qara siyahısı”na düşmüş mətbuat orqanları var”. Sozcu.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məlumat verib. O qeyd edib ki, Şuranın əsasnaməsinə görə, “qara siyahı”ya düşmüş mətbuat orqanı fəaliyyətində dəyişiklik edərsə, Mətbuat Şurasına...
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od...
Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən araşdırılır: “Bütün sərnişinlər mehmanxanalara yerləşdiriləcək. Onlar martın 12-si saat 10:00-da həmin təyyarə ilə Moskvaya...
Sozcu.az saytına Ucar rayon sakini Hüseynov Namiq Inqilab oğlu tərəfindən şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Ucar şəhəri Heydər Əliyev prospekti ev 99 mənzil 1-də yaşayan Hüseynov Namiq Inqilab oğlu tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ Cənab Preident! Bir neçə il bundan əvvəl dövlət hesabına Ucar şəhərinə yeni...
Gürcüstan ordusunda xidmət edən əsgər Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyünü iddia edir. “Report”un Gürcüstan bürosu xəbər verir ki, o, hərbi hissədə xidmət edən əsgərlərin ondan pul tələb etdiyini bildirib. K.Qəhrəmanov deyib ki, pulun tələb olunmasına etiraz etdiyinə görə bir neçə nəfər tərəfindən martın 9-da serjantın gözü qarşısında döyülüb. Azərbaycanlı hərbçi iki...
Ülvi Günəşli İlk öncə qeyd edim ki, kadr yetişdirmək nə qədər vacibdirsə, yetişdirdiyiniz kadrı şirkətinizdə saxlamaqda bir o qədər vacibdir. Rəhbərlər kadra davamlı basqı edərək, sıxışdıraraq və “səni işdən qovaram” deyərək kadrı ruhdan salır. Sıxılmaqda olan kadr səssizcə başlayır özünə yeni iş yeri axtarmağa. Bu gün “səni işdən qovaram” sözünün...
Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir. Ə.Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya ilk şəfqət bacısı kimi ölkəmizin tarixinə düşmüşdür. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSRİ Qızıl Xaç və...