Azərbaycan səmasında havada hərəkət edən üzən naməlum obyekt (UNO) görünüb. Sozcu.az xəbər verir ki, qeyri-adi obyekt gündüz saatlarında müşahidə edilib. Parlaq işıqları ilə diqqət çəkən naməlum obyekt qısa müddət ərzində "boşqab" formasını alıb. Səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib. Səmada "uçan boşqab" formasında yanaraq hərəkət edən cisim...
Rusiyada gələcəkdə sosial-əmək müqaviləsinin əsasını dörd günlük iş həftəsi təşkil edə bilər. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib. "Texnoloji proses təkcə iş yerlərinin yox, həm də iş vaxtının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalır. Yəqin ki, gələcəkdə dörd günlük iş həftəsi sosial-əmək müqaviləsinin əsasını təşkil edəcək”,...
2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb. Sozcu.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib. Nazir bildirib ki, sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar...
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23°...
Şəmkirdə yaşayış evində yanğın baş verib. Sozcu.az xəbər verir ki, Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kvadratmetr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız...
“İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası olan Pərvanə Bədəlova normal ailənin gəlini olub. Həyat yoldaşı kənddə traktorçudur, zəhmətkeş insandır. Pərvanə ev qadını olub, heç yerdə çalışmayıb. Evdə uşaqlarına baxırdı. Pərvanənin anası bu hadisəyə görə, qızı ilə birgə qalırdı. Elə anası onlarda olanda Pərvanə evdən qaçıb. Görünür, onun...
Bakıda növbəti Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı bu gündən paytaxtda Bakı şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq. Bu barədə Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bölmə rəisi bildirib ki, Bakı Şəhər Halqası kimi...
Xəbər verdiyimiz kimi, "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" maşınla su kanalına düşüb. “Yeni Sabah” bildirir ki, iş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, oğlunun avtomobilinin kanala düşməsi xəbəri yalandır: "O avtomobil mənim oğluma məxsus...
''İki dəfə icra başçısı dəyişib, bizim işimizə baxan yoxdur'' Kürdəmir sakini 63 yaşlı Solmaz Qasımova ona qarşı haqsızlıq edildiyini söyləyir. Deyir, illər öncə Kürdəmirdə zəlzələ olan zaman çatlamış, qəzalı şəraitə düşmüş evlərin hamısını dövlət təmir edib, yaxud yerində başqa ev tikib, təkcə onların evindən başqa: “Özüm də təqaüdçü adamam. Evi də...
Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, digər təqsirləndirilən Toğrul İbrahimlinin vəkili məhkəməyə gəlməyib. Buna görə proses aprelin 17-dək təxirə salınlb. Qeyd edək ki, martın 4-də Nizami...