Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Feysbuk səhifəsində Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşılıb. Sozcu.az  paylaşımın mətnini təqdim edir: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!". https://www.facebook.com/PresidentIlhamAliyev/videos/2204554696504322/
"Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov YAP üzvlərinin bələdiyyələrdə aktif, effektli işlər görməsindən xeyli məruzə etdi. Nərmanovda 15 ildir ki, YAP-ın şöbə sədri həm də, bələdiyyə sədridir. Bələdiyyənin üzvləri də eyni partiyanın üzvlərdir. Nərmanov rayonunun köklü sakinləri, rayonu yaxından tanıyan, problemləri bilən bacarıqlı insanlar qalıb...
Bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi piketlə bağlı müraciətinə mənfi cavab verib. Meriya öz qadağasını ərazidə təhsil müəssisələrinin olması, piyadaların sıxlığı və nəqliyyatın hərəkətinin intensivliyi ilə əlaqələndirib.
ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə sadiqdir. Sozcu.az xəbər verir ki, Bunu APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib. Səfirin sözlərinə görə, ABŞ tərəfi təmas xətti boyunca gərginliyin əhəmiyyətli dərəcədə azalmasını təqdir edir. "Təəssüf ki, zaman-zaman atəşkəs rejimi pozulur. Biz Xarici İşlər nazirləri...
Baş nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib. Sozcu.az-ın xəbərinə görə, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub. Onun digər köməkçiləri Ələsgər Ələsgərov və Sabir Bayramovdur. Ələsgər Ələsgərov oktyabrın 23-də Baş nazirin köməkçisi vəzifəsinə təyinat alıb.
Müsavat Partiyası noyabrın 12-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Fərəc Kərimli məlumat yayıb. Bundan əvvəl Müsavat Partiyası mitinq keçirmək üçün BŞİH-yə müraciət edib. Müsavat funskionerləri Gülağa Aslanlı, Razim Əmiraslanov və Elman Quliyev üç yerdən birində, Tofiq Bəhrəmanov...
İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə "Real" partiyası bir təşkilat olaraq sıradan çıxsın. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rea Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O, "Real"da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını...
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. BŞİH-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat...
2020-i ilin büdcə proqnozu göstərir ki, gələn il Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiya ötən illə müqayisədə 105 milyon 990 min manat və ya 37,6 faiz artacaq. Belə ki, gələn il üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 387 milyon 890 min manat proqnozlaşdırılıb. Məlumat üçün qeyd edim...
Bu gün Müsavat Partiyasının qərargahında müxalifət partiyalarının dəyirmi masası keçirilib. Sozcu.az xəbər verir ki, toplantıda Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, sabiq səhiyyə naziri Əli İnsanov, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn iştirak edir. Əli İnsanovun dəyirmi masada...