Venesuela XİN-i Almaniyanın bu ölkədəki səfiri Daniel Krineri “persona-non-grata” elan edib. Sozcu.az xəbər verir ki, XİN-nin bəyanatında səbəb kimi alman səfirin daimi olaraq ölkənin daxili işlərinə qarsıması göstərilir. Krinerə Venesuelanı tərk etməsi üçün 48 saat verilib. Rəsmi Berlin bu addımı “başadüşülməz” adlandırıb. Səfirin qovulmasına səbəb kimi müxalifət lideri Latın Amerika və...
Ermənistanın keçmiş prezidenti, həbsdə olan Robert Köçəryan "Reuters" agentliyinə müsahibə verib. O bildirib ki, yaxın gələcəkdə ölkənin yeni rəhbərliyinə meydan oxumaq üçün güclü müxalifət qüvvələri cəmləşir və o, Ermənistan hakimiyyətinə qarşı mübarizəyə qoşulmaq niyyətindədir. 1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutmuş Köçəryan ötən il 2008-ci ilin martında prezident seçkilərindən sonra ölkədə...
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək. Sozcu.az-ın Müdafiə Nazirliyinə istiandən verdiyi məlumata səasən, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi...
''Yol xəritələrinin hesabatlılığı yoxdur'' 2019-cu ilin birinci rübündə Azərbaycanda sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi nəticələrinə həsr edilən toplantısında çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, qeyri-neft sektorunda istehsal daha çox sevindirir. O bildibir ki, kənd təsərrüfatı 3,6...
Cabir Turan CəfərbəyliErməni İngiltərə Premyer Liqasında qol vurur,biz isə öz futbolçularımız haqda belə bir məlumat oxuyuruq:"Filan futbolçumuz Almaniyanın filanıncı regional liqasının 19-cu yerdə qərarlaşan klubun heyəti,o birisi 90-cı dəqiqədə oyuna girib.Filan oyunçumuz İspaniya sequndasında filan dəqiqə oynayıb.Türkiyə 1-ci liqasında oynayıb..." Bu Mxitiryan dünya şöhrətli Şevçenkonun forma geydiyi Ukrayna çempionatının ən...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib. Sozcu.az xəbər verir ki, Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib. Məlum...
Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz. Sozcu.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da İrəvanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib. “Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, -...
Tanınmış hüquq müdafiəçisi, KXCP sədrliyinə namizəd Oqtay Gülalıyev KXCP sədrliyinə namizədliyi ilə bağlı ona ünvanlanan bəzi suallara aydınlıq gətirib. Sozcu.az saytı Oqtay Gülalıyevin fikirlərini təqdim edir: "Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrliyinə namizədliyimi elan etdikdən sonra partiya daxilindən və kənardan çox saylı suallar alıram. Verdiyim vədə uyğun olaraq həmin sualların növbəti...
Cabir Turan Cəfərbəyli İdmanda,əlaxüsus futbolda dəyərlər gündən-günə dəyişir.İndi atletika yarışlarının 100,200 metr növündə dünya çempionluğu,digər idman növlərinin olimpiya çempionluğundan qat-qat üstündü.Vaxt vardı futbol üzrə dünya çempionatı ən nüfuzlu yarış sayılırdı.İnsanlar bir dünya çempionatı bitən günün sabahı,artıq növbəti,4 ildən sonrakı dünya çempionatının günlərini sayırdılar.Çox böyük bir kütlə,azarkeşik etdiyi komandaları,futbolçuları 4 ildən...
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Elmira Süleymanova 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycanlılara qarşı zaman-zaman soyqırımı hadisələri, o cümlədən 1918-ci ildəki soyqırımı törədilmiş və təəssüf ki, beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almayıb. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi...