Azərbaycanda intihar sosial baxımdan tətqiq olunmayan problemlərdən biridir və intiharların baş vermə səbəbləri demək olar ki, elmi səviyyədə araşdırılmır. Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Cavid İmamoğlu son dövrlər müxtəlif yaş qrupundan olan insanlar arasında intihar hallarının artması ilə bağlı danışarkən deyib. O, cəmiyyətdə intiharla bağlı xəbərlərin yayılmasının mövcud vəziyyətə mənfi...
Bu gün Azərbaycanın demək olar ki, hər yerində məscidlərin minarələrinə taxılmış səsgücləndiricilərin ucbatından gecələr rahat yatmaq müşkül işə çevrilib. Müvafiq icra hakimiyyəti orqanları isə bu məsələdə özlərini karlığa və korluğa (hansı sərfəlidirsə ona) qoyublar. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında açıq-aydın yazılıb ki, hər kəsin istirahət hüququ var. Ancaq sübh tezdən,...
Terrorla mübarizə çərçivəsində Çinlə Türkiyə arasında işbirliyi gücləndirilməlidir. Bunu Tacikistanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Toplantısının sammitində Çin Prezidenti Si Szinpin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə Si Szinpin Çin-Türkiyə münasibətlərinə böyük önəm verdiyini və şəxsi dostluğun iki ölkə arasında qarşılıqlı...
Ordu.az saytının əməkdaşı, jurnalist Elgün Gəncimsoy feysbuk Sosial şəbəkəsində  Azərbaycan ordusunun Ermənistan ordusunun mövqelərinə raket zərbəsi endirdiyini əks etdirən görüntülərini yayılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda yanan avtomobillərin və tikililərin görüntüləri, həmçinin erməni dilində danışan şəxslərin və atılan raketlərin səsi eşidilir. İddia olunur ki, video görüntülər dünən cəbhənin...
Mirzə Sakit____________ Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım. O vitse-prezident olmadı, İseskonun-Yuneskonun xoşməramlı səfiri də olmadı. Onun övladlarının Dubayda, Moskvada, Londonda, Havay adalarında çoxsaylı mülkləri də olmadı. Boris Yeltsin onun yaxasına medal taxmadı. Heç Fondu da olmadı, deputatlıq kürsüsündə də oturmadı. Onun Kələkidəki yurdunda köhnə bir evi oldu, içərisi nurla dolu bir ev. O günahsız insanların...
“İZ” layihəsi Bu gündən “İZ” adlı yeni layihəyə başlayırıq. Azərbaycan tarixində, mədəniyyətində, ədəbiyyatında, siyasi həyatında önəmli yerə malik insanları danışdıracaq və onların baxışlarını, özünə məxsus düşüncələrini öyrənməyə çalışacağıq. Birinci müsahibimiz tarixə, tarixçiliyə, onun fəlsəfəsinə özünəməxsus baxış bucağı olan Əkbər Nəcəfdir. - Sizin üçün tarix nədir və ona necə izah verərsiniz...
Azərbaycanın sabiq prezidenti,Milli-azadlıq hərakatının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. Cənazə Azərbaycan bayrağına bürünüb. Sozcu.az xəbər verir ki.əfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi...
Azərbaycan səhiyyəsində növbəti qalmaqallı hadisə ortaya çıxıb. Həkim səhlənkarlığının növbəti qurbanı Qazax rayonu, Aslanbəyli kənd sakini Həsənova Əfsanə Osman qızı olub. Belə ki, üç uşaq anası olan Əfsanə xanım, bu il yanvarın 22-də adıçəkilən rayonun Müalicə-Diaqnostika Mərkəzində əməliyyat olunub və öd kisəsi götürülüb. Bundan bir gün əvvəl, yəni yanvar ayının 21-də...
Bakının Mehdiabad qəsəbəsində dini zəmində vətəndaşı vəhşicəsinə döyüblər. Bu barədə PİA.az-a zərəçəkən Qismət Salahovun yaxınları məlumat veriblər. Hadisə Mehdiabad qəsəbəsinin Digah məscidində baş verib. Belə ki, məscidin axundu Hacı Rza məscidə namaz qılmağa gələn Qismət Salahovu əvvəl təhqir edib: “Sən necə mömünsən ki, sənin ailən hicab örtmür”, deyən axund zərəçəkənə qarşı...
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclası zamanı qanun layihəsi səsə qoyularkən səsvermədə iştirak etmədikləri üçün deputatlara irad bildirib. Sozcu.az xəəbr verir, sədr narazılığını “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunun səsverməsi zamanı çatdırıb. O, deputatların səsvermədə iştirak etməməsinə əsəbləşib. “100 nəfər oturub 78 nəfər səs...