Fövqəladə nəsə baş verməsə, gələn il Azərbaycanda Milli Məclisə yeni seçkilər keçiriləcək. V çağırış parlament seçkiləri 2020-ci ilin payızında baş tutmalıdır. Gözləntilər gələn ilki seçkilərdə Milli Məclisin indiki tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi yönündədir. Bir sıra yaşlı deputatların, millət vəkilliyi ilə yanaşı, hökumətdə müxtəlif vəzifə tutan mandat sahiblərinin parlamentdən kənarda qalacağı...
Əfqanıstanda Kabil universitetinin qarşısında terror aktı törədilib. Sozcu.az xəbər verir ki, əraziyə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 20 nəfər həyatını itirib. 40-a qədər yaralı var. Onların əksəriyyətinin tələbə olduğu güman edilir. Məlumata görə, partlayış gənclərin imtahana girmək üçün təhsil ocağının qarşısına toplaşdığı vaxt baş verib. Terror aktına görə məsuliyyəti...
Dünya şöhrətli aktyor, Hollivud ulduzu Jan-Klod Van Dam yay tətilində istirahət etmək üçün Türkiyəyə gəlib. Oxu.Az xəbər verir ki, məşhuru Milas-Bodrum hava limanından özəl lüks avtomobil qarşılayıb. Bodrumun dəbdəbəli hotellərinin birində qalan aktyor aeropartda polislə selfi də çəkdirib. Milyonların sevimlisi olan Van Dam sonra komfortlu avtomobilinə əyləşərək hotelə yola düşüb.
Diavər Əzimli Sevinc Osmanqızının yayımladığı internet kanalında Leyla Yunusla olan müsahibə cəmiyyəti bir daha silkələdi. Min dənə belələri hər gün qışqıra, bağıra nə Rəsulzadəyə, nə də Elçibəyə çamur yaxa bilməyəcəklər. Bu xanım bu müsahibə ilə özünü tamam gözdən saldı. Onsuz da cəmiyyətdə ona qarşı səmimiyyət heç zaman olmamışdır. Birisinizmi bunlar...
“Eşitdiyimə və mətbuatdan oxuduğuma görə ordumuzda irəliləyişlər var. Açığı, bu məni çox sevindirir. Ancaq mən elə adamam ki, gedib vəziyyətlə yerində tanış olmalı, görməli və sonra konkret fikrimi deməliyəm. Nəzərə alın ki, mənim bir zamanlar statusum nazir müavini olub, uzun illər orduda olmuşam və o dövrdəki vəziyyəti bilirdim”. Sozcu.az xəbər...
Bakıda daha 3 minə yaxın sosial mənzilin tikinti işləri yekunlaşmaq üzrədir. Sozcu.az Xəzər TV-yə istinadən xəbər verir ki, 2017 ci ilin dekabr ayının 24-də təməli qoyulan yaşayış kompleksində artıq təmir işlərinə başlanılıb. Yaşayış kompleksində ölkəmzidə şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük geniş həyətlərlə yanaşı, Avropa şəhərlərində geniş tətbiq olunan kiçik daxili...
Goranboy rayonunda döyülmə faktı qeydə alınıb. Report-un məlumatına görə, 1962-ci il təvəllüdlü rayon sakini Nağı Məmmədov mübahisə zəminində tanışı tərəfindən ağac parçası ilə döyülüb. O, başından aldığı xəsarətlərlə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
AXCP-nin Sabirabad rayon şöbəsinin üzvləri polisə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmli məlumat verib: "Sabirabadın təzə başçısı Siraqəddin Cabbarov cəbhəçilərdən əl çəkmir. AXC-30- la bağlı tədbirin keçirilməsinin qarşısını bütün resurslardan istifadə etmələrinə baxmayaraq ala bilməmələri bunlara əməlli-başlı yer edib. İndi də AXCP Sabirabad şöbəsinin...
Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyi Azərbaycandakı narkomanların sayı ilə bağlı statistikanı açıqlanıb. Bildirilibki, ötən ilin sonuna qədər Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Bu narkomanların 626-sı isə qadındır. Bəs narkomaniyadan əziyyət çəkənlərin sayının artmasının səbəbləri nələrdir? Bu məsələ...
Belçikada yaşayan Azərbaycan türkü, “Euroxeber” qəzetinin redaktoru Bülent Gürcam “Facebook” profilində Azərbaycanın İstanbuldakı konsulluğunda gördükləri haqda yazıb. O, konsulluğu tənqid edib. “Yeni Sabah” Bizimyol.info-ya istinadən xəbər verir ki, Bülent bəyi orada Azərbaycan vətəndaşlarına münasibət çox sarsıdıb. Yazır ki, qadın-uşaq bilmədən hamını küçədə gözlədirlər. Adamlar daşın üstündə oturmağa məcbur olur. Gürcam...