Home Redaktor Seçimi

Redaktor Seçimi

Bu gün jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər gündəm olub. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib: “Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını...
AXCP sədrinin müşaviri azadlığa buraxılmadı AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifliyə verilmiş 5 illik həbs cəzasının başa çatmasına 4 ay qalıb. O, vaxtından əvvəl şərti azadlığa buraxılması üçün Suraxanı Rayon Məhkəməsinə ərizə versə də, təmin olunmamışdı. A.Yusiflinin həmin qərardan verdiyi şikayətə iyulun 22-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim...
Ermənistan silahlı qüvvələri cəbhədə atəşkəsi pozub. İşğalçı ordunun bölmələri ötən gün gecə saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. Müxtəlif silahlardan açılan mərmilər fərdi yaşayış evlərinə dəyib. Yerli sakinlərin verdiyi məlumata görə, xoşbəxtlikdən xəsarət alan olmayıb. Azərbaycan ordusunun cavab atəşindən sonra düşmən ordusu susmaq məcburiyyətində qalıb. Xatırladaq ki, bir neçə gün əvvəl də...
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Yukiya Amano vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Amano 2009-cu ildən MAQATE rəhbəri vəzifəsini icra edib.(Axar.az)
Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb: "Onlardan biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib". Hadisə...
Qəhrəman zabitimiz Mirdamət Bağıyevin Aprel döyüşlərinin qızğın getdiyi saatlarda atası ilə bu dialoqu son günlərin ən maraqlı mövzusuna çevrilib. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə 2016-cı ilin Aprel döyüşlərində atası ilə dialoqu ilə məşhurlaşan mayor Mirdamət Bağıyev və atası Sərisstan Bağıyev hadisənin təfərrüatını danışıblar. Mirdamət Bağıyev bildirir ki, atasının cavabından sonra...
Azərbaycan Respublikasının prezidenti, cənab İ.Əliyevə Surəti: Vergilər naziri cənab M.Cabbarova Surəti: Səhiyyə naziri cənab O.Şirəliyevə Surəti: Ekologiya və Təbii Sərvətlər Naziri cənab M.Babayevə ADP İmişli RT-nin sədri, jurnalist keçmiş siyasi məhbus, ali təhsilli 61 yaşlı Məhbub Əvəz oğlu Zülfüqarov tərəfindən ƏRİZƏ! Cənab Prezident! Əgər bu nazirlər Heydər Əliyevi dildə deyil, ürəkdən umummilli lider hesab edirlərsə bu...
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olmağa başlamsı gündəmin ən çox müzakirə olunan mövzularındandır. İstər mətbuatda, istər də sosial şəbəkələrdə bu haqda çoxsaylı fikirlər səslənməkdədir. Əlbəttə, sabiq nazirin islam dininin tələblərinə riayət etməsi heç də qeyri-adi hadisə deyil. Əksinə, onun bir müsəlman olaraq, Allah qarşısında borcunu yerinə yetirmək cəhdi...
Bu gün, İyulun 20-də Müsavat Partiyası Məclisinin növbədi sessiyası keçirilib. Məclis sədri Nüşabə Sadıxlı toplantını açıq elan etdikdən sonra gündəlik layihəsini elan edib. İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb. Aşağıdakı rayon təşkilatlarında iclasların keçirildiyi və yeni sədr seçildiyi elan olunub. 1) 14.04.2019-cu il tarixdə Saatlı rayon təşkilatının ümumi yığıncağı keçirilib. Afət Rzayev sədr...
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onilliklərdir davam edən danışıqlarda "konkret nəticələr" əldə etmədiklər üçün Azərbaycan Prezidenti İlham Əliyevi günahlandırıb. "Ermənistan Respublikasına Baş nazir seçildiyim zaman mən podiumdan elan etdim ki, Qarabağ məsələsinin hər hansı mümkün həlli Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul...