Dövlət Neft Fondu 2018-ci ilin ikinci rübündən başlayaraq qızıla sərmayə qoymağı bərpa edib. Hədəf investisiya portfelində qızılın payını 10 faizə çatdırmaqdır. Ötən ilin sentyabrında qızılın qiymətinin "dib"ə dəydikdən sonra yenidən qalxması fonunda qızıl alışında fəallaşmanı Fondun ehtiyatlarının idarə olunmasında uğurlu sərmayə siyasəti kimi də dəyərləndirmək olar. Neft gəlirlərinin qızıla sərmayə...
Mahaçqala-Dərbənd-Bakı sürətli sərnişin qatarı 2019-cu ildə istifadəyə veriləcək. TASS agentliyinin xəbərinə görə, bununla bağlı Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov respublika rəhbəri Vladimir Vasilyevin iştirakı ilə Mahaçqalada keçirilən Nazirlər Kabinetinin iclasında məlumat verib. O bildirib ki, bu xətt üzrə gömrük rəsmiləşdirmələri göndərilmə məntəqəsində həyata keçiriləcək. Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti...
Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün "Qaynar xətt" yaradılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib. Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb. Prezidentin fərmanında ödənişlərlə məşğul olmaq Maliyyə Nazirliyinə tapşırılıb və təşkilatlar qarşısında 45 gün müddət...
“Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısı İlham Əliyevin verdiyi Fərman vətəndaşlara qismən kömək edəcək, lakin devalvasiya nəticəsində xarici valyuta ilə götürülmüş əsas kredit məbləğinin artan hissəsinin 73-% dən çoxu yenə borcluların üzərində qalacaq”. Sozcu.az  verir ki, bu barədə iqtisadçı ekspert Nemət Əliyevbildirib. Ekspertin rəqyini oxuculara tədim edirik: “Əsas...
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə iki sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, səkkiz nəfərə isə yeni lisenziyalar verilib. Təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin...
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,45 dollar və yaxud 0,68% artıb. "Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,69 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə...
ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edilib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub. Sozcu.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Dövlət Neft...
Fərman kifayət qədər pozitivdir. Çünki uzun müddətdir gözlənilən problemin həllinə hədəflənib. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, son həftələrə qədər problemli kreditlərlə bağlı bu fərmanının imzalanması gözlənilmirdi: “Ona görə də belə bir fərmanın təsdiqlənməsi bank sektoru və fiziki şəxslərin maliyyə yükünün azaldılması üçün olduqca əhəmiyyətlidir....
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün...
"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı (Aİ) üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir. Bunu Trend-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib. M.Layçak qeyd edib ki, Avropa bazarlarının Azərbaycan qazı ilə təchiz olunmasına istiqamətlənmiş "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir: "Mənə məlumat verilib...