CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 67,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,4 dollar/barel çoxdur. Bu barədə Sozcu.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,24 dollar/barel təşkil edib...
''Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür'' Martın 15-də Baş nazir Novruz Məmmədov Milli Məslisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edib. Baş nazir 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirib. Deyib ki, ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil...
Sanksiyaların nəticəsində ilin ikinci yarısında istehsal 40% düşəcək Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ) Rusiya hökumətindən 30 mlrd. rubl məbləğində yardım istəyib. Səbəb kimi şirkətin defolta uğraya biləcəyi və ilin ikinci yarısında istehsalın 40% aşağı düşəcəyi göstərilir. QAZ Qrupunun baş direktoru Vadim Sorokinin Rusiyanın baş nazirinin müavini Dmitri Kozaka məktubunda 29,5 mlrd. rubl...
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Oxu.Az-ın məlumatına görə, müzakirədə çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev bildirib ki, sözügedən qanun məhsulların keyfiyyətinə və rəqabətliliyinə ciddi təsir edəcək. N.Tağıyevin sözlərinə görə, bunun üçün milli...
Oman OPEK+ təşkilatının komitəsini tərk etmək qərarına gəlib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral sərvətlər naziri Xalid əl-Falih bildirib. Onun sözlərinə görə, Oman dekabr ayında OPEK-ə daxil olmayan daha bir ölkənin namizədliyini irəli sürüb: “Bundan sonra Qazaxıstan komitəyə üzv oldu, Omanı isə yola saldıq”.(qafqazinfo.az)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub. Bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi...
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2019-cu ildə Azərbaycanda orta qündəlik neft hasilatının sabit 0,8 mln. barel səviyyəsində olmasını proqnozlaşdıırır. ONA-nın məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında bildirilir. Hesabata əsasən, 2018 və 2017 illərdə də gündəlik orta maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 0,8 mln. barel təşkil edib. Qeyd edək...
2019-cu ilin 7 ayı ərzində Azərbaycan 177 ölkə ilə ticarət fəaliyyəti həyata keçirib. Qeyd olunan dövr ərzində Azərbaycandan ixrac olunan məhsulların dəyəri 12 milyard 267 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr İtaliya, Türkiyə, İsrail, Hindistan, Çin, Almaniya, İspaniya, Rusiya, Çexiya, Fransa, Gürcüstan, Portuqaliya, Ukrayna, Böyük Britaniya...
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı birgə açıqlama yayıb. Palatadan Axar.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 28 fevral "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə...
Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, həftənin əvvəlində 1.20 - 1.60 manat arasında satılan pomidor hazırda 2 – 2.5 manata satılır. Bu qiymət ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə bahadır. Əslində, 2 manata təklif olunan pomidorlar olduqca keyfiyyətsizdir. Ya bir neçə gündən qalmış, ya...