Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılmışdır. Bankdan verilən məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının...
''Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür'' Martın 15-də Baş nazir Novruz Məmmədov Milli Məslisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edib. Baş nazir 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirib. Deyib ki, ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil...
İqtisadçı: “Azərbaycan qonşu ölkələrin təcrübəsindən faydalana bilər” Bu ilin yanvar ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 82,3 milyon manat az olub. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda belə deyilir. Bu, nə deməkdir? Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, açıqlanan bu rəqəmlər dövlət rəsmilərinin daim yeni...
Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, martın 13-ü üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib. Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.(Strateq.az)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayı 73 min nəfərdir. Onlar üçün sosial müavinətlər aprelin 1-dən 82 manatdan 150 manata qaldırılacaq. Yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat aylıq təqaüdü də veriləcək. Bununla...
Azərbaycanda qızıl və gümüş bahalaşıb. Sozcu.az-in məlumatına görə, martın 11-də qızılın qiyməti martın 7-i ilə müqayisədə 19,46 manat artaraq 1 unsiya üçün 2205,8945 manat təşkil edib. Gümüş 0,4005 manat bahalaşaraq 1 unsiya üçün 26,029 manata bərabər olub.(Trend)
Gümüş 0,4005 manat bahalaşaraq 1 unsiya üçün 26,029 manata bərabər olub. Azərbaycanda qızıl və gümüş bahalaşıb. Martın 11-də qızılın qiyməti martın 7-i ilə müqayisədə 19,46 manat artaraq 1 unsiya üçün 2205,8945 manat təşkil edib. Gümüş 0,4005 manat bahalaşaraq 1 unsiya üçün 26,029 manata bərabər olub. Platinin qiyməti 17,068 manat azalaraq 1385,7975 manat, palladiumun...
“Banklar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi qəbul edilsə, Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlər üzrə faiz dərəcələri, komisyon haqları və bank xidmətləri üçün ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyətini qazanacaq. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, kredit faizlərinin yüksək olmasının əsas səbəbi...
Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb. Fondun mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin fevral ayı ərzində 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Qeyd edək ki, SOFAZ tərəfindən 2019-ci ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə,...