Davam edən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək. Trend-in məlumatına görə, bu barədə “Moody’s Investors Service”in Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti barədə hesabatında deyilir. Bu cür islahatlar arasında agentlik yeni büdcə qaydasını və dövlət borcunun idarə olunması ilə bağlı strategiyanı qeyd edib. Hesabatda qeyd olunur ki, yeni büdcə qaydası...
Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycanda "yaşıl bazarlar" yaratmaq, yarmarkalar keçirmək, treninqlər və digər təşəbbüslər vasitəsilə fermerlərə dəstəyi genişləndirməyi planlaşdırır. Bunu Trend-ə müsahibəsində şirkətin direktoru Leyla Məmmədova deyib. O bildirib ki, fəaliyyətə başladığı qısa müddət ərzində şirkət fermer məhsullarının daxili və xarici kanallar vasitəsilə satışını təşkil edib. L.Məmmədovanın sözlərinə görə, şirkətin indiki planlarına...
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar geriləyərək 72,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 62,67 dollar təşkil edib. Sozcu.az
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 76,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,92 dollar/barel təşkil edib ki, bu da...
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiymətində yenə kəskin ucuzlaşma baş verib. Sozcu.az-in məlumatına görə, bitkoinin qiyməti son sutka ərzində 13% azalaraq 7174,93 dollar təşkil edib. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 127,65 milyard dollar təşkil edir.(Strateq.az)
Azərbaycan Mərkəzi Bankı 17 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, mayın 17-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9005 manat təşkil edir. 1 türk lirəsi 0,2798 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı...
Təbii qazın güzəştli tariflə illik istehlak limitinə baxıldı, işıq limitinə baxılması üçün araşdırmalar aparılır. Sozcu.az xəbər verir ki, bunu modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. V.Əhmədov qeyd edib ki, işıqla bağlı məsələnin həllini tapması üçün ciddi təhlillər aparılmalıdır: “Bu təhlillər aparılmadan, limitin artırılması düzgün deyil....
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 74,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,88 dollar/barel təşkil edib ki, bu da...
Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, mayın 16-ı üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib. Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar geriləyərək 71,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar ucuzlaşaraq 61,44 dollar təşkil edib. Sozcu.az