"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin qalmaqala səbəb olan jestinə cavab verib. Sozcu.az-ın məlumatına görə, o, Çempionlar Liqasının 1/8 finalında Madrid klubu ilə matçda (3:0) vurduğu üçüncü qoldan sonra argentinalı mütəxəssisin ilk matçda etdiyi hərəkəti təkrarlayıb. Qeyd edək ki, D.Simeone Turin təmsilçisi ilə ilk görüşdə rəqib komandanın qapısına...
“Bavariya”nın polşalı futbolçusu Robert Levandovski, komandadakı gələcəyi ilə bağlı açıqlama verib. Sozcu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, karyerasını “Bavariya”da bitirə biləcəyini deyib: “Burda hər şey çox yaxşıdır, özümü yaxşı hiss edirəm. Dünyanın ən böyük klublarından birində oynayıram. Azı 5 il də yüksək səviyyədə oynaya bilərəm. Uzun müddətdir...
Conatan Barnett agenti olduğu "Real"ın futbolçusu Qaret Beylin Madrid klubundan mümkün gedişinə münasibət bildirib. Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib: "Beyl Madriddə istədiyi qədər qalacaq. Qaret gözləyəcək və vəziyyətin necə inkişaf edəcəyinə baxacaq". Qeyd edək ki, Beyllə yenidən baş məşqçi vəzifəsinə təyin olunan Zinəddin Zidan arasında münasibətlər ötən...
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, Çempionlar Liqasında “Şalke” ilə keçirəcəkləri matçdan əvvəl açıqlama verib. Sozcu.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, “Real”ın “Ayaks”a 1:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırmasını şərh edib: “İnsanlar “Real”ın mübarizəni dayandırmasından sonra bu turnirin daha asan olacağını düşünürlərsə, yanılırlar. “Real” Çempionlar Liqasını...
Çempionlar Liqasının 1/8 finalında bu gecə keçiriləcək cavab oyunlarına Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Sozcu.az-ın xəbərinə görə, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək: AZƏRBAYCAN "CBC Sport" 00:00. "Yuventus" - "Atletiko" (Madrid) "İdman Azərbaycan" 00:00. "Mançester Siti" - "Şalke" TÜRKİYƏ BeIN Sports 1 00:00. "Yuventus" - "Atletiko" BeIN...
"Real"da baş məşqçi dəyişikliyi rəsmiləşib. Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Santyaqo Solari istefaya göndərilib və onu komandanın sabiq çalışdırıcısı Zinəddin Zidan əvəzləyib. Fransalı mütəxəssislə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. Qeyd edək ki, Zidan bundan əvvəl 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb. O, bu komanda ilə...
Uğursuz mövsüm keçirən "Real"da daxili ab-hava qaydasında deyil. Sozcu.az "Marca" nəşrinə istinadən xəbər verir ki, komandanın son məşqlərinin birində dava düşüb. İkitərəfli oyundan sonra kapitan Serxio Ramosla Marselo dalaşıblar. Buna səbəb Marselonun komandasının qələbəni çılğın qeyd etməsi olub. Buna dözməyən Ramos qolunun gücünü işə salıb. Digər oyunçular Marselo və Ramosu ayıra...
Prezident İlham Əliyev UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Müvafiq sənədi AZƏRTAC dərc edib. Sənədə əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar...
Hər iki komanda bir hissə daha yaxşı oynadı və bir xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. "Zirə" son 3 matçda tam fərqli oynayır. Çətin anlar oldu. Bəzən düşündüyün hücumların beş-altısını reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq. Sozcu.az-ın məlumatına görə, bu...
“Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri komandasını dəyişməyəcək. Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Anlaşmaya əsasən, alman futbolçu 2023-cü ilin yayına qədər Münhen təmsilçisinin formasını geyinəcək. Qeyd edək ki, Qnabri bundan əvvəlki iki mövsümü icarə əsasında “Verder” və “Hoffenhaym”da keçirib. Bu mövsüm “Bavariya”nın heyətində...