“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın ilk turunda “Vest Hem”ə qarşı keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib. Sozcu.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqada ilk dəfə tədbiq olunan Video Assistent Referi (VAR) haqqında danışan Qvardiola bunları deyib: “VAR-a öyrəşməyə çalışıram. Keçən mövsüm “Tottenhem”lə matçın 90+5-ci dəqiqəsində...
"Bavariya" futbolçusu Renatu Sanşeşi "Lill"ə satıb. Sozcu.az-ın Fransa klubunun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "L’Équipe" nəşri bu transferdən "Bavariya"nın 20 milyon avro qazanacağını yazıb. Qeyd edək ki, R.Sanşes ötən mövsüm Bundesliqada 17 matçda oynayıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.(Qol.az)
Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni mövsümdən "Yuventus"u çalışdıra bilər. Sozcu.az-ın məlumatına görə, bu barədə "Radio CRC"nın efirində idman jurnalisti Luici Quelpa bildirib. O, tərəflər arasında razılığın əldə olunduğunu iddia edib. Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır. Əlavə edək ki, Turin klubunun...
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Oxu.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: “Neftçi” – “Zirə” matçında “Neftçi”nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci...
"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb. Sozcu.az-ın məlumatına görə, komanda 34-cü turda doğma meydanda "Tottenhem"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Mançester Siti" - "Tottenhem" - 1:0 Qol: Filip Foden, 5 Bu qələbə ilə xalını 86-ya çatdıran Pep Qvardiolanın komandası liderliyə yüksəlib. "Liverpul" 85 xalla 2-ci, "Tottenhem"...
“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “Liverpul” və “Mançester Siti”nin çalışdırıcıları haqda danışıb. Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 56 yaşlı mütəxəssis Pep Qvardiola və Yurqen Klopp qədər dəstəklənmədiyini deyib: “Klublar məşqçilərin arxasında dayansa, daha yaxşı nəticə əldə edərlər. Yurgen və Pepin iş şəraitinə sahib olmaq istərdim. “Liverpul”un...
"Ayaks"ın kapitanı Matteys De Liqt "Barselona"ya keçməyə yaxındır. Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 19 yaşlı müdafiəçinin agenti Mino Rayola bu gün Barselonaya gedib. O, Kataloniya təmsilçisinin nümayəndələri ilə hollandiyalı oyunçunun mümkün transferini müzakirə edib. Qeyd edək ki, "Ayaks"ın idman direktoru Edvin van der Sar De Liqtin yeni mövsümdən ya...
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo A seriyasında bu mövsümün ən qiymətli oyunçusu seçilib. Sozcu.az-ın "Football İtalia"a istinadən yaydığı xəbərə görə, nominasiyaların qalibləri "Opta Sport" və "Netco Sports" statistika agentliklərinin məlumatları əsasında təyin edilir. Qalibin seçimi zamanı oyunçuların çempionat, kubok və superkubokda çıxışları nəzərə alınıb. Ronaldo bu mövsüm A seriyasında 30 matçda 21...
Avropada “Qızıl buts” mükafatının qalibi məlum olub. Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, geridə qalan mövsümdə La Liqada 36 qol vurub, 13 məhsuldar ötürmə edən “Barselona”nın hücumçusu Lionel Messinin “Qızıl buts” mükafatını qazanacağı dəqiqləşib. Messinin bu yarışda ən yaxın izləyicisi PSJ-dən Kilian Mbappe idi. Fransız hücumçu Liqa 1-in son turunda...
Bu gün UEFA Çempionlar Liqasında 2018/19 mövsümünə yekun vurulacaq. Oxu.Az xəbər verir ki, Madridin “Vanda Metropolitano” stadionunda iki İngiltərə klubu qarşılaşacaq. Finalda “Liverpul” və “Tottenhem” komandaları üz-üzə gələcək. Bu, cari mövsüm titul qazana bilməyən hər iki komanda üçün çox yaxşı şansdır. İngiltərə çempionluğunu bir xal fərqlə əldən verən “Liverpul” bu matçda favoritdir....