PSJ-nin futbolçusu Killian Mbappe Fransa millisinin heyətindən çıxarılıb. Sozcu.az-ın Fransa Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, buna onun zədəsini tam sağalda bilməməyi səbəb olub. Beləliklə, 20 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində oktyabrın 11-i İslandiya, oktyabrın 14-ü Türkiyə ilə matçları buraxacaq.(Qol.az)
"Barselona"nın futbolçusu Usman Dembele İspaniya La Liqasının 10-cu turunda "Real"la oyuna buraxa bilər. Sozcu.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, fransalı hücumçunun ölkə çempionatının 8-ci turunda "Sevilya" ilə matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılması mümkündür. Bu, baş verəcəyi təqdirdə, 22 yaşlı oyunçu "El Klassiko"da oynamayacaq. Qeyd edək ki, "Barselona" -...
"Lion" baş məşqçisi Silvinyo ilə yolları ayırıb. Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın Fransa çempionatında uğursuz çıxışı səbəbindən braziliyalı mütəxəssis istefaya göndərilib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Jeral Batiklin yerinə yetirəcəyi bildirilib. Qeyd edək ki, "Lion" ölkə çempionatında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.(Qol.az)

Messidən 100-cü qol

"Barselona"nın futbolçusu Lionel Messi üçün La Liqanın 8-ci turunda "Sevilya" ilə oyun (4:0) əlamətdar olub. Sozcu.az-ın "Opta Jose"yə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu görüşlə Kataloniya klubunda cərimə zərbəsindən 100-cü qolunu vurub. Qeyd edək ki, Messi "Barsa"da 692 matçda 604 qolla fərqlənib.
İspaniyanın “Real” klubu “Mançester Siti”nin futbolçusunu transfer etmək niyyətindədir. Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in hücumçusu Qabriel Jesus Madrid klubunun transfer hədəfindədir. “Kral klubu” qış transfer pəncərəsi dövründə braziliyalı futbolçunu heyətinə qatmağa çalışacaq. Komandada Serxio Aqueronun kölgəsində qalan futbolçunun da ayrılığa müsbət yanaşacağı bildirilir. 2017-ci ildən “Mançester Siti”nin şərəfini...
“Real”ın futbolçusu Toni Kroos zədələnib. Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “kral klubunun” La Liqanın 8-ci turunda evdə “Qranada”ya 4:2 hesabı ilə qalib gəldiyi oyunun 34-cü dəqiqəsində zədələnən 29 yaşlı yarımmüdafiəçi qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan...
“Barselona”nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Viktor Valdes vəzifəsindən ayrılmağa hazırlaşır. Sozcu.az xəbər verir ki, Valdes “Barselona” U-19-un ölkə çempionatında “Tarraqona” ilə qarşılaşacağı oyuna çıxmayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Valdesin növbəti həftə rəhbərliklə görüşəcəyi və yekun qərar veriləcəyi bildirilir. Sabiq qapıçı bu ilin yayından “Barselona”nın U-19 komandasına rəhbərlik...
“Fiorentina”nın yeni transferi Frank Riberi sentyabr ayı üçün A seriyasının ən yaxşı oyunçusu seçilib. Sozcu.az xəbər verir ki, bu haqda “Football İtalia” məlumat yayıb. 36 yaşlı fransalı futbolçu ötən ay 4-ü əsas heyətdə olmaqla A seriyasının 5 matçında iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini edib.(Qol.az)
Son zamanlar uğursuz çıxışı ilə tənqid olunan “Barselona” baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıra bilər. Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qısa zaman içərisində vəziyyət düzəlməsə, Kataloniya klubu Valverdeni vəzifəsindən göndərəcək. Artıq klubun baş məşqçiliyə əsas namizədi də bəllidir. Klub rəhbərliyi Valverde ilə yollarını ayıracağı halda, “River Pleyt”in...
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb. Sozcu.az xəbər verir ki, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb. Şahmatçımız tay-brekdə qələbə qazanıb. 25 və 10 dəqiqəlik 4 görüşdə heç-heçə edən (2:2) T. Rəcəbov ardınca rəqibindən üstün olub. O, blitsdə iki...