"Real" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer edə bilməyəcək. Sozcu.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan komandada görməyi çox istədiyi fransalı yarımmüdafiəçininin transferinin gerçəkləşməyəcəyini artıq qəbul edib. Bildirilir ki, İngiltərə təmsilçisi Poqba üçün 200 milyon avro tələb edir. "Real"ın isə oyunçuya bu məbləği verə bilməyəcəyi vurğulanıb.(Qol.az)
ÇL-in 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın "Partizani"yə qalib gələrək (2:0) növbəti mərhələyə yüksəldiyi oyundan hazırlanmış videoicmalı təqdim edirik. https://www.youtube.com/watch?v=neHEvhsUvAI  
“Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub. Sozcu.az xəbər verir ki, yubiley qolu Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə cavab matçına təsadüf edib. "Qarabağ"ın 2:0 hesablı qələbə qazandığı qarşılaşmada fərqlənən Dani Kintana 100-cü qolun müəllifi olub. Qeyd edək ki, "Qarabağ" II mərhələdə İrlandiya təmsilçisi "Dundalk"la qarşılaşacaq.(Qol.az)
ABŞ-ın "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi "Liverpul"un baş məqşçisi Yurgen Klopp haqda danışıb. Sozcu.az xəbər verir ki, ingilis futbolçu "Bild"ə açıqlamasında almaniyalı mütəxəssis haqda xoş sözlər deyib. "Mançester Yunayted"in sabiq futbolçusu söhbət zamanı "qırmzı şeytanlar"ın əzəli rəqiblərindən olan "Liverpul"a atmaca da atıb: "Klopp hər bir futbolçunun işləmək istədiyi məşqçilərdəndir....
Argentina idman arbitraj məhkəməsinin üzvü Qustavo Abreu ölkənin milli komandasının kapitanı Lionel Messi haqda danışıb. Sozcu.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, 32 yaşlı hücumçu Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etdiyi üçün üzr istəməlidir. Əks təqdirdə, oyunçuya cəza tətbiq oluna bilər. "Messiyə sanksiyadan qaçmaq üçün üzr istəməyi...
Bir neçə gün öncə "İnter"in düşərgəsini tərk edən və fərdi məşq edən Mauro İkardi "Yuventus"a keçməyə yaxındır. Sozcu.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu hücumçunu heyətinə qatmaqda israrlıdır. Ancaq məsələ burasındadır ki, "qoca sinyora" argentinalı futbolçunu almaq üçün onun həmyerlisi Qonzalo İquaini satmalıdır. Çünki Milan təmsilçisi İkardi üçün 50...

Hazard seçimini etdi

"Real"ın yeni transferi Eden Hazard "kral klubu"ndakı forma nömrəsini seçib. Sozcu.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi 23 nömrəli formada çıxış edəcək. Hazardın bu nömrəni seçməsi onun qatı basketbol azarkeşi olması ilə əlaqələndirilir. Amerika Milli Basketbol Assosiasiyasında (NBA) vaxtı ilə Maykl Cordon və Lebron Ceyms məhz 23 nömrəli...
PSJ-nin futbolçusu Neymar gələcəyi barədə növbəti açıqlama verib. Sozcu.az xəbər verir ki, Fransa mətbuatına danışan braziliyalı hücumçu "Barselona"ya keçmək istədiyini bir daha bildirib. O, PSJ-nin hazırlığına qatılmamasına da aydınlıq gəririb: “Doğrudur, PSJ-dən ayrılmaq istəyirəm. Bu barədə klub rəhbərliyinə fikrimi bildirmişəm. Rioda işlərim olduğu üçün komandamın hazırlığına qatılmıram. PSJ onlara sərf edən şərlə...
"Barselona" PSJ-dən ayrılmaq istəyən Neymarı heyətinə qatmağa hazırlaşır. Sozcu.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi sabiq hücumçusu üçün qarşı tərəfə 130 milyon avro və 3 futbolçu verməyə hazırdır. İddiaya görə, ispanlar Paris klubuna Filippe Koutinyo, Usman Dembele, Nelson Semedu və Samuel Umtitini təklif edəcəklər. Fransızlar sözügedən oyunçulardan istədiyi...
"Atletiko"nun futbolçusu Antuan Qrizmannın "Barselona"ya keçidi rəsmiləşib. Sozcu.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransalı hücumçu Kataloniya təmsilçisi ilə 5 illik - 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalayacaq. Bu keçid üçün "Barsa" Madrid klubuna 120 milyon avro ödəyib. "Barselona" futbolçuya 800 milyon avro təzminat qiyməti qoyub. O,...