Ağdam sakini tapdığı pulu və 2 kiloqramdan çox qızılı sahibinə qaytarıb. ONA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə rayonunda baş verib. Məcburi köçkün qəsəbəsində məskunlaşan, Ağdam rayon Qızıllı Kəngərli kənd sakini, 1965-ci il təvəllüdlü Əflatun Muradov yaşadığı binada pul kisəsi tapıb. Pul kisəsini açarkən içində külli miqdarda pul və qızıl...
ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib. Sozcu.az xəbər verir ki, polis hücumun dünən gecə, təxminən, saat 22:00 radələrində törədildiyini bildirib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə...
Rusiya FHN əməkdaşları Moskvanın mərkəzində Azərbaycan səfirliyində baş vermiş yanğınla bağlı məlumatı yoxlayırlar. Buta.media TASS-a istinadən xəbər verir ki, idarədən bildirildiyinə görə, yanğın təhlükəsizliyi xidməti səfirlikdə baş vermiş yanğınla əlaqədar məlumat alıb. Hazırda məlumat yoxlanılır. Agentliyin həmsöhbətinin sözlərinə əsasən, hadisə yerinə bir neçə yanğınsöndürən briqada göndərilib.
Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” agentliyinin rəhbəri Şəfəq Ağacan barəsində mayın 3-də Xətai Rayon Məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilən jurnalist aclıq aksiyasına başladığını bildirmişdi. Sozcu.az xəbər verir ki,jurnalistin Türkiyədə təhsil alan oğlu Fuad Cəfərli bu gün prezidentə və I vitse-prezidentə videomüraciət edərək bu işi nəzarətə...
Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru,tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyində 1 saatdan çox dindirilmədən sonra nəhayət sərbəst buraxılıb. Bu barədə Sozcu.az saytına qısa açıqlama verən hüquq müdafiəçisi bildirib ki, DİN-də onu Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirovun yanına aparıblar .DİN-ə çağrılmasına...
Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun idarəetməsini itirərək aşırıb. Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Səhiyyə...
Şeremetyevo hava limanı və “Aeroflot” aviaşirkəti SSJ-100 təyyarəsində həlak olan və yaralanan bütün sərnişinlərin yaxınları və qohumlarına hərtərəfli yardım göstərəcək. Axar.az xəbər verir ki, bu məlumatı Şeremetyevo hava limanının mətbuat xidməti yayıb. “Şeremetyevo və “Aeroflot” SU1492 Moskva-Murmansk reysində həlak olan sərnişinlərin yaxınları və qohumlarına başsağlığı verir. Hava limanı və avişirkətin rəhbərliyi...
Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb. "Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinə istinadən TASS məlumat yayıb. 21:36 Mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini...
Erməni mənşəli Rusiya vətəndaşı Marat Ueldanov (Qalustyan) Bakıdan Rusiyaya aparılıb. Sozcu.az Ermənistan mətbuatına istinad edərək xəbər verir ki,bu barədə Maratın bacısı Marianna Mirzoyan özünün “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, M. Ueldanov 2016-cı ilin 28 iyul tarixində Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların...
Dünən Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Sərvər Hüseynov və 13 yaşlı oğlu Səid Hüseynzadə Sumqayıtda polis şöbəsinə aparılıblar. Bu haqda Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Elşad İsrafilov məlumat verib. “Şöbədə bunun profilaktik tədbir olduğunu bildiriblər. Qohumları haqqında izahat aldıqdan sonra buraxdılar. Qoşqar Xəlilov adlı bir təsübkeşimiz də feysbukdakı yazılarına...