Dələduzluqda təqsirləndirilən Vüqar Güləli barəsində olan məhkəmə qərarından verdiyi kassasiya şikayətini geri götürüb. Sozcu.az xəbər verir ki, V. Güləlinin şikayətini geri götürməsinin səbəbi açıqlanmayıb. İttiham aktına əsasən, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. Həmin şəxslər zərərçəkmiş Səriyyə...
Ağdam rayon Məhkəməsinin qərarı ilə həbs edilən jurnalist Səxavət Məmmədlinin həbsinin səbəbi məlum olub. Sozcu.az-ın əldə etdiyi məlumata görə, jurnalistin həbsinə səbəb alament məsələsinə görə, məhkəməyə edəilən müraciətlə bağlıdır. Məlumata görə, jurnalistə heç bir bildiriş göndərilmədən onun barəsində həbs qərarı çıxarılıb və bu gün Ağdam rayon Məhkəməsinin qərarı ilə 10 günlük...
Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmə prosesində MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, Müsavatın bir qrup fəalı və Azad Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər. Məhkəmədə vəkil Osman Kazımovun ötən iclasda...
"Həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi". Bu sözləri Sozcu.az saytına şikayət ünvanlayan Ucar rayon sakini Tahirə Abışova yazıb: Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik: Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən Şikayət Ərizəsi Bu şikayət ərizəmizdə yazıb sizə...
Nərimanov rayonunda qadın özünü binadan atıb. Sozcu.az xəbər verir ki, Hadisə rayonun Aşıq Molla Cümə 7 unvaninda baş verib. Məlumata görə, Əbilova Fatimə Hüseynağa qızı özünü 16-cı mərtəbədən atıb. Qadın hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Müşfiqabad qəsəbə sakini Şamil Əhmədov ötən gecə yatdığı yerdə boğazı kəsilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ş.Əhmədovun bıçaqla qətlə yetirildiyini müəyyənləşdiriblər. Məlumata görə, qatil bir zərbəni ürəyinə vurub, ikinci zərbəni isə boğaz nahiyəsinə endirib və mərhumun qırtlağını...
Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Sozcu.az- ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə...
Yanacaq doldurma məntəqəsinə basqın etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 1995-ci il təvəllüdlü Tural Qarayev və 1988-ci il təvəllüdlü Məhəmməd Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış...
Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb. Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib. Leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində “Zavodski” polis bölməsində müstəntiq işləyib. “Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın...
Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində “Mercedes” markalı mikroavtobus aşıb. Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, qəza nəticəsində iki nəfər ölüb, 10 tələbə isə yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına çatdırılıb. Qeyd edilib ki, həmin şəxslər Mingəçevirdə təhsil alan tələbələr olub.