Boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev yol qəzasında ölüb. Sozcu.az xəbər verir ki, Şamil Hacıyevin idarəetməsindən çıxan BMV markalı avtomobil əvvəlcə park edilmiş “Hyundai Sonata”ya sonra da havaya qalxaraq elektrik xəttinə çırpılaraq yanıb. Bu barədə “Vesti” qəzeti məlumat yayıb. Qəza Ukraynanın Odessa şəhərində baş verib. Hadisə şahidlərinin bildirdiyinə...
Sozcu.az xəbər verir ki, Siyası Məhbusların Müdafiə Mərkəzinin(SMMM) koordinatoru tanınmış hüquq-müdafiəçisi Oktay Gülaliyev öz feysbuk səhifəsində “Tərtər işi” ilə bağlı məqalə yazıb. Həmin məqaləni sizə təqdim edirik: “Tərtər işi” ilə bağlı (bir qrup hərbçinin 2017- ci ilin may ayında müəmmalı şəkildə öldürülməsi və həbs olunması- red.) sənədlərlə tanış oluram. Yalnız...
Botsvanada dəhşətli faciəvi hadisə baş verib. Sozcu.az xəbər verir ki, yerli sakin həyat yoldaşı ilə mübahisə etdikdən sonra onu öldürmək qərarına gəlib. Bunun üçün o təyyarəni öz evinə çırpıb. Nəticədə pilot hadisə yerindəcə həlak olub. Evə və ətrafdakı avtomobillərə ciddi ziyan dəyib.(Axar.az) https://www.youtube.com/watch?time_continue=11&v=Jfsc87I0T94
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində...
Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib. Femida.az FHN-nin saytına istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində...
Gəncədə avtomobillərdən oğurluq edənlər saxlanılıb. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini H.Allahverdiyevə məxsus avtomobildən 378 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Quliyeva saxlanılıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-mart ayları...
Cəmil Həsənli: ''Oqtay Əsədovun bacısı məxfilik müddəti bitən sənədlərə özbaşına məxfilik qrifi qoyur'' Milli Şuranın sədri, professor Cəmil Həsənli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivinin rəhbərliyinin son addımlarını qanundankənar və tarixi araşdırmaq istəyənlərə maneələr törədilməsi ilə bağlı “Turan” Agentliyinin saytında yazı ilə çıxış edib. “Turan” agentliyində Milli Arxiv...
"Nardaran məhbusu" Taleh Bağırzadənin həyat yoldaşının saxlanılmasının təfərrüatları məlum olub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Mehman Sadıqov Criminal.az saytına açıqlamasında məhbusun xanımı Leyla İsmayılzadənin Qobustan həbsxanmasına mobil telefon keçirmək cəhdini bir daha təsdiqlədi. Bildirdi ki, L.İsmayılzədənin işi Ədliyyə Nazirliyində araşdırılır. Xatırladaq ki, ötən gün Penitensiar Xidmətin əməkdaşları tərəfindən...
Naməlum şəxslər Rusiyanın Yunanıstandakı səfirliyinin qarşısında dayanan polislərə qumbara atıblar. Sozcu.az xəbər verir ki,Bu barədə TASS-a səfirliyin mətbuat attaşesi Vasili Qavrilov deyib. O bildirib ki, naməlum şəxslər Afinada yerli vaxtla gecə saat 03:30-da motosikletlə səfirliyin konsulluq bölməsinə tərəf gələrək polis məntəqəsinə qumbara atıblar. Partlayış baş verib, lakin xəsarət alan olmayıb. Hazırda ərazi...
Gecə paytaxtın Sabunçu rayonu, Xurşudbanu Natəvan küçəsi 35-də yaşayan qonşular arasında yaranan mübahisə qanla bitib. Oxu.Az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Məmmədov Hafis Kərim oğlu qonşusu ilə avtomobil park etmək üstündə mübahisə yaşayıb. Razılığa gəlməyən tərəflər arasında sözlər tükənib, əvəzində yumruqlar, küt alət işə düşüb. Belə ki, şəxsiyyəti hələlik məlum olmayan...