“Urmu Bilim Yurdu Azərbaycan Mədəniyyət Ocağı” türkcə şeir gecəsinin universitetin təhlükəsizlik bölümü və “Sepah”ın nəzarətində olan qüvvələrin tərəfindən ləğv olunmasını pisləyən bəyanat yayıb. Məlumata görə, “Azərbaycan Mədəniyyət Ocağı” “buz çiçəyi şeir gecəsi”ni dekabrın 2-i yerli vaxtla saat 18:30-da Şeir və Ədəbiyyat Dərnəyinin yardımı ilə keçirməli idi, lakin mərasim keçirilməsinə bir...
Tehranda Əllamə Təbatəbayi Universitetində jurnalistka ixtisası üzrə təhsil alan Məleykə Qaragözlü təcridxanadan müvəqqəti sərbəst buraxılıb. Güney azərbaycanlı öyrənci 600 milyon riallıq vəsiqə qarşılığında dekabrın 1-də Evin zindanından azad edilib. Məleykə Qaragözlü benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı yaxalanmışdır, o sərbəst buraxılanadək Evin zindanının “Sepah”ın kəşfiyyat mərkəzinə məxsus bölümündə saxlanılıb. Qeyd...
Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Tehranda keçirilən məhkəmə iclasına qatıla bilməyib. Məlumata görə, məhkəmə iclası dekabrın 1-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində təşkil olunub. Azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün hakim Əfşarın sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak edə bilməyib. Siyamək Mirzayi “sistemin...
Benzinin bahalaşması ilə əlaqədar etiraz aksiyaları başlayan gündən İranda çox sayda güney azərbaycanlı fəal saxlanılıb, onlardan daha 3-nün kimliyi müəyyən edilib. Məlumata görə, Tehranın Nəsimşəhr məhəlləsinin sakini olan Əli İbrahimi və Saleh Ekrami noyabrın 19-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İslamşəhr sakini olan azərbaycanlı fəal Mənsur Fəthi isə noyabrın 21-də öz...
Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 4-nün kimliyi müəyyən edilib. Məlumata görə, əslən Şərqi Azərbaycanın Miyana şəhərindən olan Cavid Mirzayi Tehranın “Robat Kərim” (Caddə Savə) məhəlləsində keçirilən aksiyada öldürülüb. Tehran sakini olan Cavid Mirzayi təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində...
Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 4-nün kimliyi müəyyən edilib. Məlumata görə, Qərbi Azərbaycan Əyaləti Xoy şəhərinin Yuxarı Veşlə kəndinin sakini olan Məhəmməd Tağı Əlilu Tehranda keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. O qətlə...
Son etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Salar Tahiri Əfşar müvəqqəti olaraq azadlığa buraxılıb. Urmiya sakini olan fəal noyabrın 28-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib. Benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyalarında Güney Azərbaycanın digər şəhərləri kimi, Urmiya şəhərində də çox sayda soydaşımız saxlanılıb. Onların arasında azərbaycanlı...
Güney Azərbaycanın “Traxtur” futbol komandası sabah Tehranda növbəti rəqibi ilə qarşılaşacaq. İran üzrə futbol klublarının 19-cu super liqa yarışlarının 12-ci həftəsində “Traxtur” “Peykan” klubunun qonağı olacaq. Görüş noyabrın 30-u yerli vaxtla saat 15:00-da başlayacaq. “Traxtur”-“Peykan” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz. Bu arada Təbrizin “Maşınsazi” klubu cümə axşamı günü Tehranın “Saypa”...
Güney Azərbaycanın məşhur yazıçı, şair, tərcüməçi və araşdırmaçılarından olan ustad Əziz Möhsüni vəfat edib. Mühəndis Fərid Möhsüni tərəfindən yayılan məlumata görə, azərbaycanlı şair 95 yaşında Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. Ustad Əziz Möhsüni məşhur “Varlıq” dərgisinin yazıçılar şurasıın üzvü olub, o mərhum Dr. Cavad Heyət və dərginin digər yazıçıları ilə uzun...
Ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra aksiya iştirakçılarına qarşı təqiblər dalğası davam edir. Həmədan Əyaləti Polis İdarəsinin rəisi çərşənbə günü verdiyi açıqlamada təmsil etdiyi əyalətdə 5 nəfərin saxlandığını bildirib. Bəxşəli Kamrani Saleh saxlanılanları iğtişaşçı adlandıraraq onların internetdə əhalini etirazlara təhrik etməklə bağlı...