Birinci Qarabağ savaşı zamanı İran-Azərbaycan sərhəddini gizlincə keçərək Azərbaycan ordusu ilə birlikdə erməni işğalçılarına qarşı döyüşlərə qatılan güneyli soydaşımızın 40 mərasimi keçirilib. Musavat.com bununla bağlı GünAz.TV-yə istinadən xəbər verir. Məlumata görə, əslən Meşginşəhrdən (Xiyav) olan soydaşımızın mərhum Ruhulla Dadaşnəjadın 40 mərasimi yanvarın 25-də, İran hakimiyyət orqanlarından gizli keçirilib. Məlumatda deyilir...
Politoloq: “Soydaşlarımızın vəziyyətini müzakirəyə çıxarmalıyıq” İranda yaşayan azərbaycanlı fəallardan biri Abbas Lisani yanvarın 22-dən həbsxanada aclıq aksiyasına başlayıb. O, qanunsuz həbsinə etiraz olaraq aclıq etdiyini söyləyib. Eyni zamanda milli fəalın yemək vasitəsilə zəhərlənməkdən və ya başqa şəkildə sui-qəsdə uğramaqdan ehtiyatlandığı bildirilir. Ərdəbil İnqilab Məhkəməsi A.Lisani haqqında ötən ay qiyabi hökm...
“İran hakimiyyəti həmişə özünü müdafiə etmək üçün beynəlxalq hüquq normalarını, insan haqlarını ən kobud formada pozub”. İran hakimiyyətinin Güney Azərbaycandan olan milli-mədəni fəallara qarşı təzyiqlərini sərtləşdirməsini Teleqraf.com-a şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) başqanı Sabir Rüstəmxanlı belə deyib. VHP rəhbəri bildirib ki, İran hakimiyyəti uzun illərdir böyük bir milləti öz ana...
Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib.Sozcu.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu səfərdə “Saypa” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu...
Rusiya prezidenti Vladimir Putinə illik mətbuat konfransında gözlənilməz sual ünvanlanıb. Jurnalistlərdən biri Putinə nə zaman və kiminlə evlənəcəyinə dair sual verib. “Bəs siz evlisiniz” deyə ölkə başçısı jurnalistin sualına qarşılıq verib. Jurnalist dövlət başçısının sualını “bəli” deyə cavablandırıb. “Özü evlidir və buna görə, mənim üçün də eyni şeyi istəyir. Mən də, mədəni...