Siyasi fəal Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə son vaxtlar İran Azərbaycanı və Tehranda türk fəallara qarşı artan basqıları dəyərləndirib. Mehdili milli hərəkata mənsub qüvvələr tərəfindən siyasi məhbuslara verilən dəstəyin həm humanitar cəhətdən, həm də ortaq siyasi hədəflər üçün effektivlik baxımdan yetərli olmadığını vurğulayır. Məhsa Mehdili Amerikanın Səsinə danışır “Güney Azərbaycanın...
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycanı parçalayıb məhv etmək məqsədilə Qərbi azərbaycanı bölərək “Sərhəd Azərbaycanı” vilayətini yaradır. Ruhaninin rəhbərliyi ilə islahaçılar artıq Azərbaycana son zərbəni endirərək, öz çirkin niyyətini həyata keçirmək istəyirlər. Antiazərbaycan islahatçılar Xoydan onların əlaltıları olan gunya millət vəkili xain Kəbirinin əli ilə Xoy,...
“Xəstəlik onun keçirdiyi aclıq aksiyasından yaranıb” Ərdəbilin Mərkəzi Zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani həbsxanadan Ərdəbilin Fatemi xəstəxanasına aparılıb. Sozcu.az xəbər verir ki, Məlumatı Günaz.tv yayıb. Bildirilib ki, Abbas Lisani qarın nahiyyəsində hiss etdiyi ağrılardan zindanın poliklinikasına aparıldıqdan sonra avqustun 7-də analiz vermək və daha ciddi müalicə almaq üçün...
Avqustun 1-də Cənubi Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində milli-mədəni fəal Aydın Zakiri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəal və onun yaxınlarının müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb. Fəala qarşı güc tətbiq edən məmurların gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Aydın Zakirinin Savalan dağı mərasimi...
Güney azərbaycanlı şair, milli-mədəni fəal Siyamək Mirzayi​ 3 illik həbs müddətini başa vurduqdan sonra sürgünə göndərilib. Sozcu.az xəbər verir ki, fəal Tehranın Evin zindanından sərbəst buraxıldıqdan sonra 1 illik sürgün cəzası çəkmək üçün Qain şəhərinə aparılıb. Qeyd edək ki, 39 yaşlı azərbaycanlı şair və yazıçı S.Mirzayi “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham...
Güney azərbaycanlı milli-mədəni fəallar Həkimə Əhmədi və Siyamək Mirzayinin aclıq aksiyası davam edir. Sozcu.az xəbər verir ki, Binab Ədliyyə Şöbəsinə ünvanladığı məktubda qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq Marağa həbsxanasında aclıq aksiyasına başlayan H.Əhmədi aksiyasının 3-cü günündədir. Evin zindanının təknəfərlik kamerasında aclıq aksiyası keçirməkdə olan digər milli-mədəni fəal Siyamək Mirzayi isə 16...
Hazırda Tehranın Rəcayişəhr zindanında cəza çəkən güneyli tanınmış milli-mədəni fəal doktor Lətif Həsəninin həbs olunmasından 7 il keçir. Sozcu.az xəbər verir ki, Lətif Hәsəni 2012-ci ildə ETTELAAT idarəsi tərəfindən Kərəc şəhərində həbs edilərək, bir neçə ay ETTELAAT-ın Kərəc idarəsində saxlandıqdan sonra 2013-cü ildə dostları ilə birgə (Yürüş Mehrəlibəyli, Şəhram Radmehr,...
Güney Azərbaycanın Marağa şəhərində Babəkin doğum gününə həsr olunmuş tədbir keçirilib. Sozcu.az xəbər verir ki, tədbirdə Güney Azərbaycanın bir çox milli-mədəni fəalı iştirak edib. Sözügedən tədbirdən video-görüntünü təqdim edirik: https://www.youtube.com/watch?v=mxMyG0FUYCU
Azərbaycanın qədim paytaxtı Təbriz şəhərində qəribə hadisə baş verib. Sozcu.az JAMAZ.İNFO-ya istinadən  xəbər verir ki, baş verən hadisə bütün İranda maraqla qarşılanıb. Belə ki, Təbriz şəhərinin Şahnaz məntəqəsinin Valman məhəlləsində torpaq qəfil çöküb. Çökmə hadisəsinin baş verməsinə səbəb ərzidə aparılan tikintilər olub. Hadisə nəticəsində yerin altından çıxan isə qədim şəhər...
PKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlara başlayıb. Türkiyənin  “Yeni Şafak” qəzetinin yazır ki, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır. İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi bildirilir. Xəbərə...