Ərdəbil Əyalətinin Muğan şəhərində güney azərbaycanlı milli fəalları kəşf edərək onları saxlatdıran Ettelaat əməkdaşlarından birinin kimliyi müəyyən edilib. Güney Azərbaycan Televiziyasına daxil olan məlumata görə, aşağıdakı videoda görünən şəxsin adı Varheram Abidiyandır. Muğan şəhəri sakini olan Ettelaat əməkdaşı özünü azərbaycanlı kimi təqdim edir, lakin o ermənidir. V.Abidiyan həmçinin Tehranın “Perspolis” komandasının...
İran premyer liqasında Güney Azərbaycanın “Traktor Sazi” futbol klubu ilə “İstiqlal”ın qarşılaşması zamanı azarkeşlər Türkiyəyə dəstək verən şüarlar səsləndiriblər. Sozcu.az xəbər verir ki, azarkeşlər oyun zamanı “Türkiyə” şüarları səsləndiriblər. Bununla onlar həm Türkiyənin “Sülh çeşməsi” əməliyyatına, həm də bir müddət öncə hərbi salam verdiyi üçün cəza alan “Traktor” futbolçusuna dəstək...
Cənubi Azərbaycanın “Traktor” klubu “Barış Pınarı”na dəstək olduğu üçün federasiyanın cəzalandırdığı Mehdi Bebriyə sahib çıxıb. Sozcu.az xəbər verir ki, Təbriz təmsilçisi “Twitter” hesabında qərara etiraz edib: “İstiqlal” klubunda çıxış edən Voria Qafuri “Instagram” hesabında “Save Rojava” yazmış və Türkiyəyə xoş olmayan sözlər qeyd etmişdi. Bun baxmayaraq, o, cəza almamışdı. Biz bütün...
Sozcu.az güneyli yazar Mahmud Dustanın yazısını təqdim edir: ”Traktor” sadәcә bir klub deyil, 35 milyon haqqı tapdalanmış türkün etiraz sәsidir. Güney Azərbaycanın simvolarından birinə çevrilən “Traktor” futbol klubu bu günlərdə şöhrətinin pik nöqtəsinə çatıb desək, yanılmarıq. Klub məşhur alman saytı “Transfermarket” tərəfindən açıqlanan məlumata əsasən, azarkeş sayına görə dünyada 5-ci yerdədir....
“Demək olar ki, bu, ömürlük həbsdir” İranın Ərdəbil vilayətinin Apelyasiya Məhkəməsi sentyabrın 30-da milli fəal Abbas Lisaninin həbs cəzasını artıraraq 16 ilə çatdırıb. “AzadlıqRadiosu” məlumatı məhbusun həyat yoldaşı Rüqəyya Əlizadəyə istinadən yayıb. Rüqəyya Əlizadə Abbas Lisaninin qərara etiraz etdiyini bildirib: “Həmin cəza artırılıb 15 ilə çatdırılıb, üstəlik, 10 ay da Təbrizdə Həsən ağa...
Hərəkat lideri prokuror və məhkəmə sədrini ittiham edib Cənubi Azərbaycan milli hərəkatının liderlərindən Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək, prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib. Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb. A.Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə Ədəbil İnqilab Məhkəməsinin 1-ci...
Cənubi Azərbaycan təmsilçisi “Traktor" İran çempionatında növbəti oyuna çıxıb. Sözcü.az xəbər verir ki, Təbriz klubu 2-ci turda doğma meydanda "Persepolis"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. "Traktor" - "Persepolis" - 1:0 Qol: Haysafi, 45+2 Qeyd edək ki, "Traktor" hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.Qol.az
Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində milli fəallar Musa Ziya Gərgəri və Səccad Şoheyrinin mühakimə prosesi başlanarkən, Ərdəbildə şair Rəhim Qulaminin apellyasiya məhkəməsi keçirilib. Sozcu.az xəbər verir ki, Bu haqda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat yayıb. Təhlükəsizlik qüvvələri Musa Ziya Gərgəri və Səccad Şoheyrini iyulun 22-də Sulduz şəhərində saxlayıb,...
Xəbər verdiyimiz kimi, Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı alim, mütəxəssis həkim Əhmədrza Calali iyulun 29-da gözlənilmədən Ettelaat əməkaşları tərəfindən naməlum bir məkana aparılmışdır. 9 gün orada saxlanılan Ə.Calaliyə kamera qarşısında etiraf etmək üçün təzyiq edilib. Bu barədə azərbaycanlı alim həyat yoldaşı Vida Mehraniyaya telefonda məlumat verib. “İyulun 29-da...
Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Zəhra Sai ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlər səsləndirib. O, bu barədə iyulun 30-da parlamentdə çıxışı zamanı danışıb. “İnsan dilin qəlibi və çərçivəsində düşünür, bu çərçivədə duyğu və hissiyatını ifadə edir. Ana dili ona görə mühümdür ki, bəzən...