Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib. Sozcu.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, ailədə üç qardaş olublar: "Mən...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Hörmətli Prezident! Tanınmış jurnalist Fuad Abbasov ermənilərin fitvası ilə həbs edilərək. Moskva şəhər milisinin təcridxanalarından birində yerləşdirilmişdir. Vəkilinin açıqlamasına görə o, tutularkən möhkəm döyülmüş və ağır işgəncələrə məruz qalmışdır. Hansı cinayəti törətmişdir ki, onunla rus milisi bu cür davranış nümayiş etdirmişdir. Hazırda F. Abbasov üç...
Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında onun vəkili Elman Paşayev deyib. "Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən zorakılığa məruz qalıb. Mən indi onunla görüşdüm. Zorakılığın izləri açıq aydın görünür. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya...
Dünən axşam saatlarında Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun anidən vəziyyəti pisləşib. Bu barədə Yeni Sabaha-a İsgəndər Həmidovun köməkçisi məlumat verib. Belə ki, sabiq nazir şiddətli ürək ağrıları və sancıları ilə xəstəxanaya yerləşdirilib: "Həkimlər təkidlə onu əməliyyat etmək istəsə də, ailə üzvləri və yaxın qohumları buna imkan vermədi. İsgəndər Həmidovun...
Şamaxı rayon Həmyəli kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Cəfərov Məhər Məhəmməd oğlunun müraciəti əsasında may ayının 15-də Şamaxı rayonuna səfər etdik.  Məcburi köçkün Məhər Cəfərov bizə bildirmişdir ki, Kəlbəcərin işğalından sonra Şamaxı rayonunun Həmyəli kəndində xəstəxana binasında məskunlaşıblar. Məskunlaşdıqalrı bina uçduğu üçün özünün əziyyəti ilə kiçik bir...
"MDB Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar təşkil edib, bu ilin aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb, yəni son 15 ildə ermənilərin maaşları orta hesabla 250 dollar artıb. Azərbaycanda 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar idisə, hazırda 338...
Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır. İ.Həbibbəyli keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ...
Ukraynada dekommunizasiya faktiki olaraq başa çatıb. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. “Son 5 ildə ölkəmizdə dekommunizasiya başa çatıb, kommunist ideologiyası qadağan edilib. Kommunist terrorunun faciəsindən gələcəkdə dərs çıxarılmalıdır. Ukrayna torpaqlarında “Rus dünyası”nın yenidən canlandırlıması cəhdlərinə qarşı etibarlı qorunma olmalıdır”, - deyə dövlət başçısı bildirib. Qeyd edək...
 Türkiyə Super Liqasında 2018-2019 mövsümünün qalibi bəlli olub. Sozcu.az  xəbər verir ki, 33-cü turun mərkəzi görüşündə lider “Qalatasaray” ən yaxın izləyicisi “Başakşəhər”i qəbul edib.Qalib gələnin çempion olacağı matçda  “sarı-qırmızılar” qələbə qazanaraq çempionluğunu elan edib. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda əzmkar qələbə əldə edən “Qalatasaray” sona bir tur qalmış çempionluğu rəsmiləşdirib....
19 May - Atatürkü anma, idman və gənclik bayramı münasibətilə keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə bir araya gəlib. Sozcu.az xəbər verir ki, tərəflərin əl sıxıb salamlaşması diqqət çəkib. Rəsmi mərasim Tütün limanı qarşısında keçirilib. Tədbirə rəsmilər, siyasi partiya liderləri qatılıb.