ABŞ Xarici Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nilsen vəzifəsindən azad edilib. “Qafqazinfo”nun xəbərinə görə, onun səlahiyyətlərini icra etmək Kevin Makalinana həvalə olunub. Bu barədə prezident Donald Tramp bəyan edib. “Gömrük və Sərhəd Mühafizəsinin rəhbəri Kevin Makalinanın həm də Xarici Təhlükəsizlik Nazirliyinə rəhbərlik edəcəyini elan etməyə şadam. Əminəm ki, Kevin əla işləyəcək”, -...
ABŞ-ın eks-prezidenti Barak Obama yenidən prezidentliyə namizədliyini niyə irəli sürməməsinə aydınlıq gətirib. Axar.az xəbər verir ki, Obama Fondunun Berlindəki konfransında çıxış edən eks-prezident yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi halda həyat yoldaşının ondan ayrılacağını deyib: “Mən öz siyasi vəzifəmi tutmuşam. Əgər mən yenidən namizədliyimi irəli sürmək qərarı qəbul etsəm, Mişel məni tərk...
İkinci turda qalib gələcəyim halda komandamda ciddi yeniliklər edəcəyəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Poroşenko deyib. “Komandada ciddi dəyişiklik olacaq, çoxlu gənc kadr görəcəksiniz. Hazırda çoxsaylı təkliflər var, təhlil edirik və onları təqdim edəcəyik. Biz iqtisadi islahatlara davam edəcəyik, ölkənin müdafiə imkanlarını gücləndirəcəyik, qısa müddətdə ciddi iqtisadi sıçrayış...
Liviyanın Milli Razılıq Hökumətinin qoşunları Tripolinin köhnə hava limanı rayonunda Liviya milli ordusunun ən-Nakilya bazasına aviazərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə RİA yazıb. Məlumata görə, marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya milli ordusu paytaxt səmasında cavab əməliyyatına başlayıb. Haftarın ordusu silahlı qüvvələrin mövqeləri və texnikanın cəmləşmə rayonlarını hədəf kimi...
Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8-ə çatıb. Georgia Online xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Serqeyenko bildirib. O deyib ki, xəsarət alanların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onlardan ikisinin tənəffüs yolları yanıb. Xəsarət alanların arasında 7 aylıq körpə də var.(oxu.az) **** Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən...
Hindistan 16-20 aprel aralığında Pakistana hücuma hazırlaşır. Bu haqda Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi məlumat verib. “16-20 aprel aralığında bizim ölkəmizə qarşı təcavüz aktı həyata keçiriləcək. Etibarlı kəşfiyyat məlumatlarına əsasən, Hindistan yeni hücuma hazırlaşır. Beynəlxalq ictimaiyyət Hindistanın məsuliyyətsiz addımına diqqət çəkməlidir. Dünya susmalı deyil, yoxsa dünyanın və Cənubi Asiyanın...
ABŞ-ın Çikaqo şəhərində atışma baş verib. Sozcu.az xəbər verir ki, hadisə yerli vaxtla 18:25-də şəhərin Vest İnqlvud rayonunda törədilib. Atışma zamanı 6 nəfər yaralanıb. Yaralılardan ikisi uşaqdır. Onların biri sinəsindən, digəri isə bud nahiyəsindən yara alıb. Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.(Axar.az)
Aprelin 3-5-də Vaşinqtonda keçirilən ABŞ-Çin danışıqlarının növbəti mərhələsində irəliləyiş əldə olunub. Sozcu.az “Komersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Administrasiyası məlumat yayıb. “ABŞ ilə Çin səmərəli görüşlər keçirərək bir sıra mühüm məsələlərə dair irəliləyişə nail olublar. İşlərin çox hissəsi hələ görülməlidir. Rəhbərlər, nazir müavinləri, nümayəndə heyətləri qalan məsələləri həll...
Əfqanıstanın şimal-qərbində yerləşən Badgis əyalətində təhlükəsizlik xidmətinin azı 32 əməkdaşı “Taliban” hərəkatına təslim olub. Azərtac Pajvak agentliyinə istinadla xəbər verir ki, insident taliblərin aprelin 3-də hücum əməliyyatlarına başladığı Bala Murqab rayonunda baş verib. “Tolo News” telekanalının məlumatına görə, bu rayonda üç gündür davam edən döyüşlər nəticəsində Əfqanıstan ordusunun azı 26 hərbçisi...
CHP-nin İstanbul bələdiyyəsi vəzifəsinə namizədi Əkrəm İmamoğlu məhkəməyə verilib. Sozcu.az  xəbər verir ki, İmamoğlu Anıtqəbiri ziyarət edərkən qanunları pozduğuna görə Respublika Prokurorluğuna verilib. O, “dövlət vəzifəsini qeyri-qanuni olaraq ələ keçirmək” maddəsi ilə ittiham edilir. İttihama görə,  Ə.İmamoğlu seçki nəticələri tam dəqiqləşmədən Anıtqəbiri İstanbul Bələdiyyə Başqanı kimi ziyayət edib.