Rusiyadakı görüşlərim zamanı bir sıra vacib məsələlər müzakirə ediləcək. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Soçidə Rusiya rəhbərliyi ilə keçiriləcək görüşdən əvvəl Tvitter səhifəsində yazıb. “Bəzi məsələlərdə razılaşa, bəzilərində isə razılaşmaya bilərik. Ancaq söhbət milli maraqlardan gedəndə gələcək inkişaf üçün yollar tapmaq bizim öhdəliyimizdir”, - Pompeo...
Almaniyanın Dortmund şəhərinin hava limanında kansler Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb. Sozcu.az xəbər verir ki, Merkel qəzadan sonra Dortmunddan Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb.(Axar.az)
İngiltərə xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) deyib ki, Fars körfəzində gərginliyin artmasıyla ABŞ-İran arasında münaqişə "hər hansı qəzayla" başlaya bilər, - Azadlıq Radiosu bildirir. Hant mayın 13-də Brüsseldə fransız və alman xarici işlər nazirləri ilə danışıqlardan öncə jurnalistlərə açıqlama verib. Danışıqlar zamanı o həmçinin Avropa Birliyi xarici siyasət...
İsrail hərbçiləri Qərbi Şerianın şərqindəki Şimali Ağvar bölgəsində Türkiyənin Anadolu Agenliyinin kameramanının da olduğu 7 fələstinli qəzetçi və insan hüquqları ilə məşğul olan bir nəfəri həbs edib. Sozcu.az-ın  “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, hadisə şahidləri həbs olunanların hərbi qərargaha aparıldıqlarını bildiriblər. Həbs olunanlar Anadolu Agentliyinin kameramanı Hişam Ebu Şakra, qəzetçilər...
ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyaya səfərinin Moskva mərhələsini ləğv edir. Publika.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsinə istinadən “Frans Press” agentliyi bildirib. Pompeo planlaşdırıldığı kimi, Soçidə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Dövlət katibi bazar ertəsi Avropa liderləri ilə təcili məsələləri, xüsusi halda...
Terror aktını Əş-Şabab terror qruplaşmasının törətdiyi bildirilir. Somalidə türkiyəli mühəndisə sui-qəsd edilib. Somalinin paytaxtı Moqadişuda avtomobilinə qoyulan bombanın partlaması nəticəsində bir türk mühəndis ağır yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Terror aktını Əş-Şabab terror qruplaşmasının törətdiyi bildirilir. (ona.az)
Gürcüstanın Siğnaqi bələdiyyəsinin Cuqani kəndində dolu əleyhinə raket kəndlilərdən birinin evinə düşüb. ONA-nın Gürcüstan bürosu xəbər verir ki, evin damından daxil olan raket mərmisi tavan örtüyünü də dələrək yaşayış otağına keçib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis hadisəni araşdırır.
Albaniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, paytaxt Tiranada Edi Ram hökuməti əleyhinə keçirilən aksiyada 50 nəfər saxlanılıb. Onların çoxu müxalif Demokrat Partiyasının üzvləridir. Demokrat Partiyası tərəfdarlarının hakim Sosialist Partiyası əleyhinə kütləvi etiraz aksiyası Tiranada polislə qarşıdurmayla nəticələnib. Nümayişçilər polis əməkdaşlarına "Molotov kokteyli" və daş atıblar....
Prezident Ərdoğan “Fənərbaxça” azarkeşlərinin dünən “Akhisar”la oyunda dayanmadan Əkrəm İmamoğluna dəstək xarakteri daşıyan “Hər şey çox gözəl olacaq” şüarını səsləndirmələrinə etiraz edib. Sozcu.az-ın məlumatına görə, bu gün İstanbulda iftar mərasiminə qatılan Ərdoğan deyib ki, həmin stadionları onlar, yəni AKP iqtidarı tikib: “Ya bu stadionları biz tikdik. Bunlar yanlış yoldadır. Amma...
"Myanmar National Airlines" aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsi bu gün Mandalay Beynəlxalq Hava Limanına təcili eniş edib. Sozcu.az-in məlumatına görə, bu barədə AFP agentliyi xəbər verir. Məlumata əsasən, təyyarədə nasazlıq yaranıb. Hadisə zamanı təyyarədə olan 89 nəfərin heç biri xəsarət almayıb. Təyyarə arxa təkərləri üstə düşüb, sonra isə ön hissəyə aşıb dayanıb.(Trend)