“Xocalıda baş verənlər soyqırımdır. Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxmalıdır”. ONA-nın məlumatına görə, bunu bu gün Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Görüşündə “Dəqiq transformatik fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda plenar sessiyada Pakistan Milli Assambleyasının sədr müavini Qasım Xan...
Serbiya Avropa Birliyinə qəbul edilməsini xahiş etməyəcək, çünki başqa birliklər Serbiya ilə bərabərhüquqlu danışıqlara hazırdırlar. Sozcu.az xəbər verir ki, bunu “Pink” televiziyasına müsahibəsində Serbiya Müdafiə naziri Aleksandar Vulin deyib. “Biz AB-dən asılı deyilik. Əgər onlar bizi Avropada görmək istəmirlərsə, o zaman bizimlə bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək istəyən digər alyansları nəzərdən keçirəcəyik....
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa “Əsrin müqaviləsi” layihəsini qəbul etməsi üçün 10 milyard dollar təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri yazıb. Nəşrin iddiasına görə, Məhəmməd bin Salman və Mahmud Abbas arasında keçirilən görüşdə Fələstin hökumətinin illik 1 milyard dollarlıq xərcinin olduğunu öyrənən...
Şəhər meri 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək tədbirdə Azərbaycan bayrağının qaldırılmasını qadağan etdi Dərbənd şəhər meriyasının saytı aprelin 30-da mer Xizri Abakarovun şəhər məclisinin deputatları və ictimai fəallar ilə görüşü barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, tədbirdə Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının tikilməsi məsələsi də müzakirə edilib. Qeyd...
Böyük Britaniyanın Baş Naziri Tereza Mey Krallığa yeni müdafiə naziri təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə hökumətin dəftərxanası məlumat yayıb. Məlumata görə, müdafiə naziri vəsifəsi Penni Mordonta həvalə olunub.(Strateq.az)
Hindistanın Maharaşta bölgəsində xüsusi təyinatlı polis qüvvələrini daşıyan mikroavtobusun partladılması nəticəsində 16 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Press Trust of İndia” agentliyi informasiya yayıb. Məlumata görə, ölənlərdən 15-i polis, biri isə mikroavtobusun sürücüsü olub. Teraktı Hindistan Kommunist Partiyasına tabe dəstələrin həyata keçirdiyi bildirilir.(Axar.az)
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton patoloji yalançıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Kubanın Xarici İşlər naziri Bruno Rodriqes deyib. Onun sözlərinə görə, Con Bolton Veneseuladakı vəziyyətlə bağlı ABŞ Prezidenti Donald Trampa dezinformasiya ötürür. “Venesuelada hərbi əməliyyatlarda iştirak edən nə Kuba qoşunları, nə də kubalılardır”, - Rodriqes bildirib. Qeyd edək...
Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi binasının girişinə Türkiyə Cümhuriyyəti sözlərinin qısaltması olan “TC” hərfləri əlavə olunub. Axar.az xəbər verir ki, hərflər binanın girişinə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun təlimatı ilə yerləşdirilib. Beləliklə, İstanbul Böyükşəhər Bələdiyyəsi bundan sonra Türkiyə Cümhuriyyəti (TC) İstanbul Böyükşəhər Bələdiyyəsi adlandırılacaq.
Rusiya lideri Vladimir Putin Dmitri Mezentsevi Rusiyanın Belarudakı yeni səfiri təyin edib, Mixail Babiç isə vəzifəsindən azad olunub. Bu barədə Kremlin rəsmi saytında bildirilib. Qeyd edək ki, bir neçə gün əvvəl mediada yaxın günlərdə Babiçin vəzifəsindən azad ediləcəyi barədə məlumatlar dərc olunmuşdu. Belə bir məlumatın dərc olunmasına səbəb isə Rusiya və...
Venesuelaya postmodern müstəmləkə qubernatoru təyin etmək istəyənlər (ABŞ nəzərdə tutulur) bilməlidir ki, bu ölkənin idarəetməsi yalnız demokratik seçkilərlə müəyyən edilə bilər. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb. “Venesueladakı çevriliş cəhdini qınayırıq. Bütün dünya Venesuelada xalqın demokratik seçiminə hörmət etməlidir”, - deyə Ərdoğan qeyd...