Filippində qatar qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Phillstar” nəşri yazıb. Baş verən toqquşma nəticəsində 34 nəfər yaralanıb.(Axar.az)
Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edəcək ABŞ nümayəndə heyətinə Energetika naziri Rik Perri rəhbərlik edəcək. Sozcu.az xəbər verir ki, nümayəndə heyətinin tərkibi barədə Tvitter hesabında Ağ Ev təmsilçisi Stiv Herman yazıb. Energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə həmçinin Dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker, ABŞ-ın...
ABŞ-da helikopter qəzası baş verib. Report-un məlumatına görə, hadisə Yuta ştatının dağlıq ərazisində qeydə alınıb. Helikopterin dağlıq əraziyə düşməsi nəticəsində 2 nəfər həlak olub. Ölənlərin heyət üzvləri olduqları bildirilir. Helikopter Ballard şəhərindən Solt-Leyk-Siti dairəsinin hava limanına uçurmuş. Hava maşınının axtarışları helikopterdə olanlardan birinin ailə üzvlərinin onun gecikməsi barədə xəbər verməsindən sonra...
Ər-Riyad rəhbərliyi ABŞ hərbi qüvvələrinin Ərəb Körfəzi hövzəsində və körfəz torpaqlarında yenidən yerləşdirilməsi tələbini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb. Xəbərdə bu tələbin təsdiqlənməsinin əsas səbəbinin İranla müharibəyə başlamaq deyil, İranı hərbi gərginlikdən, eləcə də Körfəz ölkələrinin və ya ABŞ-ın bölgədəki mənfəətlərinə zərbə endirməkdən yayındırmaq...
Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat həmişəlik pulsuz olacaq. Digər 6 region da 2020-ci ilədək bu təcrübəyə qoşulacaq. Sozcu.az xəbər verir ki,bu təcrübə dünyada ilk olacaq. Tallinndə 2013-cü ildən bəri ictimai nəqliyyat ödənişsizdir. Digər 8 regionda isə qərar iyulun 1-dən qüvvəyə minəcək. Müqayisə üçün deyək ki, Lüksemburq analoji təcrübəni 2020-ci...
Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda xidmət aparan polis əməkdaşları PKK terrorçularının hücumuna məruz qalıblar. Sozcu.az xəbər verir ki, mayın 18-də gecə saatlarında baş verən atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb. Hücum edən terrorçulardan ikisi məhv edilib. Konyada isə polis qüvvələri İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçiriblər....
İsrailin nəzarətində olan Qolan təpələrindən Suriya ərazisinə hücum edilib. Sozcu.az SANA agentliyinə istinadən xəbər verir ki, İsrail tərəfi Dəməşqə raket zərbəsi endirib. Qeyd edilir ki, Suriyanın raketdən müdafiə əleyhinə sistemləri raketləri zərərsizləşdirib. Məhv edilən raketlər şəhər kənarına düşüb və güclü partlayış baş verib.(Axar.az)
Türkiyənin təhlükəsizlik qüvvələrinin Siirtdə keçirdiyi əməliyyat nəticəsində üç PKK terrorçusu məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Öldürülənlərdən biri də "Rojbin Gaver Mizgin" kod adlı Raife Kutlak adlı qadındır. Belə ki, DİN Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi pul mükafatı ayırmışdı.(Axar.az)
Kiyev Məhkəməsi Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenkonun ölkəni tərk etməməsi barədə işin icraatına başlayıb. Məlumatı TASS yayıb. Bu qadağa P.Poroşenko ilə yanaşı Ukrayna parlamenti sədrinin birinci müavini Andrey Parubi və baş nazir Vladimir Qroysman da daxil olmaqla 177 məmura tətbiq ediləcək. Sozcu.az
"Air Astana" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanında qəza enişi edib. Trend-in məlumatına görə, Nur-Sultan - Moskva reysini həyata keçirən təyyarə nasazlığın yaranması səbəbindən eniş etmək məcburiyyətində qalıb. Bildirilir ki, hava limanının bütün operativ xidmətləri səfərbər edilib. Sozcu.az