ABŞ Prezident Administrasiyası Nümayəndələr Palatasının “erməni soyqırımı” haqqında qətnaməsinə və Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qarşı olub. Sozcu.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb. Administrasiya bu qərarı uyğunsuz zamanda qəbul edildiyini bildirib. Mənbə həmçinin ABŞ-ın “erməni soyqırımı” məsələsində mövqeyində dəyişiklik olmadığını söyləyib.
Müəyyən etdiyimiz təhlükəsiz bölgə sərhədləri daxilində terrorçuların olduğunu bilirik. “Terrorçuları çıxardıq” deməklə bizi aldada bilməzlər. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Nə Tel Rıfat, nə də Menbiçdən terrorçular çıxarılıb. Ras əl-Eynin şərqi də terrorçulardan təmizlənməyib. Təhlükəsiz bölgə sərhədlərindən kənardakı terrorçular da təhlükəsizlik qüvvələrimizə hücumlar təşkil...
ABŞ-Çin ticarət razılaşması təkcə iki tərəfin yox, həm də digər ölkələrin maraqlarını nəzərə almalıdır. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib “Ticarət müharibəsində yalnız uduzan tərəflər var. Biz dünyanın iki nəhəng iqtisadiyyatının ticarət konfliktinin nəyə səbəb olduğuna, onun dünya iqtisadiyyatına hansı zərər vurduğuna şahid olduq. Biz ümid edirik...
Rusiya Prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib. Sozcu.az yerli KİV-ə istinadən bildirir ki, Putinin sərəncamına əsasən, Rusiya Fövqəladə Hallar Nazirlinin 6, Daxili İşlər Nazirliyinin 4, İstintaq Komitəsinin isə 1 generalı işdən çıxarılıb. Onların vəzifə səlahiyyətlərini icra edərkən nöqsanlara yol verdiyi bildirilir. Məlumatda, həmçinin vurğulanır ki, Putin Daxili İşlər Nazirliyinin...
ABŞ vətəndaşı sinaqoqu partlatmaq cəhdinə görə həbs edilib. Qeyd edilir ki, Kolorado polisi sinaqoqu partlatmağı planlaşdıran yerli sakin Riçard Holçeri yaxalayıb.27 yaşlı gənc bir nəfərlə əlbir olaraq Pueblo şəhərindəki sinaqoqu partlatmağı planlaşdırıb. Federal Təhqiqat Bürosu (FTB) həmin şəxsin sosial şəbəkələrdə fəal şəkildə antisemit baxışları ifadə etdiyini aydınlaşdırıb. FTB-nin casusları onunla görüşəndə...
ABŞ-ın Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin ali lideri Ayətullah Əli Xameneiyə və onun əhatəsindəki şəxslərə qarşı hesablanıb. TASS-a xəbər verir ki, bu barədə ABŞ-ın Tehrandakı səfirliyinin 1979-cu ildə tutulmasının ildönümü münasibəti ilə keçirilən brifinqdə Ağ Ev administrasiyasının yüksək vəzifəli əməkdaşı jurnalistlərə bildirib. Onun sözlərinə görə, İranın ali...
Malayziyanın keçmiş kralı V Məhəmməd (Sultan Kelantan) eks-həyat yoldaşı, “Miss Moskva – 2015” müsabiqəsinin qalibi Oksana Voyevodinadan olan oğlunu qəbul etməkdən imtina edir. “Daily Mail” xəbər verir ki, eks-kral uşağın başqasından olduğunu iddia edir. V Məhəmmədin sözlərinə görə, yayılan fotolar uşağın ona məxsus olduğunu sübut etmir. O bildirib ki, fotolardakı uşaq...
Kataloniyada yüzlərlə insan İspaniya Kralı VI Filippin səfərinə etiraz əlaməti olaraq küçələrə axışıb. Sozcu.az xəbər verir ki, Kral ailəsinin səfəri çərçivəsində Konqreslər Sarayında İspaniya taxt-tacının vəliəhd şahzadəsi Leonora Jirona Şahzadəsi Fondunun mükafatlarının təqdim edilməsi mərasimi keçiriləcək. Etirazçılar qonaqların Konqreslər Sarayına daxil olmasının qarşısını almaq üçün saraya gedən yolu kəsməyə çalışırlar. Etiraz...
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ona “axmaq” deyən Daxili İşlər naziri Süleyman Soyluya cavab verib. “Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, İmamoğlu nazirin sözlərinə Mövlanə Cəlaləddin Ruminin aforizmi ilə münasibət bildirib. Soylunun “Avropaya gedərək Türkiyədən şikayət edən axmağa deyirəm: bunun bədəlini bu millət sənə ödədəcək” sözlərinə bələdiyyə sədrinin cavabı...
Tehran İraqdakı kütləvi etirazların İrana sıçraması qorxusundan qorxaraq İraqa bütün ziyarət səfərlərini dayandırmağa qərar verib. Sozcu.az Aznyus.tv-yə istinadla xəbər verir ki, bu haqda qərar Tehranın İraqla sərhədi bağladıqdan sonra qəbul edilib. İranın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, iranlıları İraqa getməməyə çağırıb: “Bizim üçün əsas prioritet zəvvarların təhlükəsizliyinin təmin edilməsidir; bu səbəblə...