Çin Ukraynada müharibəni qızışdırır - Blinken

Çinin dəstəyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirməsinə yardım edir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İtaliyanın Kapri adasında G7 ölkələrinin XİN rəhbərlərinin görüşündən sonra deyib. O, Pekini dolayı yolla Ukraynada müharibəyə qızışdırmaqda ittiham edib.

G7 İranı hədələdi: Rusiyaya silah vermə...

İranın Rusiyaya ballistik raketlər təhvil verməsi G7 ölkələrinin sürətli və koordinasiyalı cavabına səbəb olacaq. Sozcu.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub. “İranı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmağa çağırırıq. Tehranın ballistik raket və ya əlaqəli texnologiyaları Rusiyaya ötürmək üçün istənilən addımı İrana qarşı yeni, sərt tədbirlərin görülməsini əhatə edən sürətli və koordinasiyalı reaksiyamıza səbəb olacaq”, - bəyanatda bildirilib.

Rusiya son sutkada Ukraynada görün nələr itirib...

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 870 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 457 830 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 17 zirehli döyüş maşını, 21 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel

Gürcüstanda birinci oxunuşda qəbul edilən “Xarici agentlər haqqında” qanun bu ölkənin Avropa Birliyinə daxil olmaq istəklərinə uyğun gəlmir. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib. “Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, - Mişel bildirib. Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.

784-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 784-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 456 050 hərbçi, 7 193 ədəd tank, 13 827 ədəd zirehli döyüş maşını, 11 624 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 760 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 587 ədəd avtomobil texnikası, 9 279 ədəd PUA, 2 093 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 910 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu rus zabitlərinin olduğu komanda məntəqəsini vurdu

Ukrayna ordusu Krımda Rusiyanın yüksək rütbəli zabitlərinin yerləşdiyi komanda məntəqəsinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xüsusi xidmət orqanlarındakı mənbə bildirib. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

ABŞ İsraili əmin etdi: İranın istənilən hücumuna qarşı...

Pentaqon rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qalanta telefon danışığında bildirib ki, İsrail İranın hücumlarına qarşı müdafiədə ABŞ-ın tam dəstəyinə arxalana bilər. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. “Dövlət katibi Ostin açıq şəkildə bildirib ki, İsrail İran və onun regiondakı əlaltılarının istənilən hücumuna qarşı özünü müdafiə üçün ABŞ-ın tam dəstəyinə arxalana bilər”, - bəyanatda deyilir.

Böyük müharibə başlayır: İrana uçuşlar dayandırıldı, Fransa xəbərdarlıq etdi

Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb. Nazirliyin “X” hesabında yayılan rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Eyni zamanda, vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub. Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki təhlükəli vəziyyətlə əlaqədar İrana uçuşları müvəqqəti dayandırır. Maraqlıdır, bu baş verənlər nədən xəbər verir? İran ilə İsrail arasında gözlənilən müharibə başlayır? Sozcu.az Global.info-ya istinadla xəbər verir ki, Sədrəddin Soltan deyib ki, İran ilə İsrail arasında müharibə faktiki olaraq gedir: “SEPAH-ın Qüds qolu Suriyada, Livanda, Yəməndə, Fələstində, İsrail və ABŞ-ın maraqlarına qarşı mübarizə aparır. Bu günə qədər bu mübarizə gizli aparılırdısa, HƏMAS-ın İsrailə hücum etməsi fonunda açıq hal almağa başladı. İran ölkənin Qərbində hava hücumlarını azaldıb. Hərbçilər döyüş vəziyyətinə gətirilib. Analoji hal İsraildə də müşahidə edilir. Bununla belə böyük güclər birbaşa qarşıdurmanın yaşanmaması üçün tərəfləri çəkindirməyə çalışır. İranın İsraili birbaşa hədəf alması mövcud hakimiyyət üçün ciddi problemlərə səbəb ola bilər. Buna görə indiki məqamda total bir toqquşma baş vermə ehtimalı azdır. Lakin İran İsrailin paytaxtı Təl-Əvivi, Hayfanı, ya da digər bir şəhərini hədəfə ala, raket zərbələri endirə bilər. Məsələ ondadır ki, İsrailin Suriyada İran konsulluğunu vurmasına dair hələ dəqiq məlumat yoxdur. Bu, İranın iddiasıdır. Bununla belə, İran İsrail ərazilərini vurarsa və faktiki olaraq müharibəyə başlayarsa, bu, ciddi problemlər yaradacaq. İran bu riski ala bilməz”.  

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 779-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 451 730 hərbçi, 7 146 ədəd tank, 13 698 ədəd zirehli döyüş maşını, 11 486 ədəd artilleriya sistemi, 1 042 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 755 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 339 ədəd avtomobil texnikası, 9 161 ədəd PUA, 2 087 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 888 xüsusi avadanlıq itirib.

Qəzzada ölənlərin sayı 33 min 545-ə çatıb

Qəzza zolağında ölənlərin sayı 33 min 500-ü ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstinin səhiyyə qurumu məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 63 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikdə 33 min 545 fələstinli həlak olub.

Abdullahian pərt oldu: heç kəs qarşılamadı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın aprelin 8-də Suriyaya səfəri zamanı onu Dəməşq hava limanında heç bir Suriya rəsmisi qarşılamayıb. Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb. Bildirilib ki, Abdullahian Dəməşqdə olan iranlı diplomatlar tərəfindən qarşılanıb. Bir sıra mənbələr bildirir ki, aprelin 1-də İsrailin Dəməşqdə 7 SEPAH üzvünü öldürməsindən sonra Tehranla Dəməşq arasında problemlər yaranıb. Bunun SEPAH komandirlərinin yeri və gizli iclasları ilə bağlı Suriya hökumətinin məlumat sızdırdığı ehtimalı ilə bağlı olduğu iddia edilir.

Pakistanda bombalı hücum: ölü və yaralılar var

Pakistanın cənub-qərbində bomba yüklü motosikletin partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə AP polisə istinadən məlumat yayıb. Partlayış əyalətin paytaxtı Kvetta ilə qonşu Sind əyalətinin Karaçi liman şəhərini birləşdirən əsas magistral yolda yerləşən Xuzdarda baş verib. Yerli polis komissarının müavini Məhəmməd Arif Zarkon yaralananlar arasında bir qadın və iki polisin olduğunu bildirib.