ABŞ-dən Rusiyaya ZƏRBƏ: mayın 9-dək...

ABŞ mayın 9-dək ayrılmış yeni paketdən Ukraynaya yardımın bir hissəsini çatdırmağa çalışır. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Məlumata görə, Amerika səlahiyyətliləri ABŞ-dən vəd edilən silahların hamısının bu vaxta qədər çatdırılmasını çətin hesab edir. İlk növbədə, Vaşinqton Amerikanın HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər də daxil olmaqla, sursatları ötürmək niyyətindədir. Qeyd olunur ki, onların sayı çox olmadığı üçün olduqca tez göndərilə bilər. 155 mm-lik artilleriyanın cəbhə xəttinə çatdırılması daha çox vaxt aparacaq.

Polşada nüvə başlıqlarını yerləşdirməyə hazırıq – Duda

Polşa hakimiyyəti dəfələrlə ABŞ-la NATO-nun nüvə bölgüsü proqramı çərçivəsində öz nüvə silahlarının ölkədə yerləşdirilməsi imkanlarını müzakirə edib və lazım gələrsə, buna hazır olduqlarını bildirib. Sozcu.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib. “Bu, artıq bir müddətdir ki, Polşa-ABŞ danışıqlarının mövzusudur. Mən artıq bir neçə dəfə (Amerikalı tərəfdaşları ilə-red.) bu mövzu haqqında danışmışam. Onlar mənə Polşada nüvə başlıqlarının yerləşdirilməsi haqqında sual verəndə buna hazır olduğumuzu bildirdim”, - Duda bildirib.

Ukrayna Rusiyanın ən qədim gəmisinə zərbə endirdi

Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinin Sevastopolda fəaliyyəti nəticəsində Rusiyanın “Kommuna” gəmisi yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb. “Bu hadisə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birbaşa iştirakı ilə baş verib. Gəmiyə dəyən zərər dəqiqləşdirilir, lakin ilkin məlumata görə, gəmi artıq tapşırıqları yerinə yetirməyə qadir deyil”, - deyə o bildirib. Pletençukun sözlərinə görə, gəmi hərbi təyinatlı deyil və Rusiya donanmasının ən qədim gəmisi sayılır. Qeyd edək ki, sözügedən gəmi dünyada xidmətdə olan və döyüş tapşırıqlarını icra edən ən qədim gəmidir.

TƏCİLİ! Bu ölkələr İRANA qarşı birləşir: bir neçə ay ərzində... - ŞOK

Aprelin 13-nə keçən gecə İran 150-dən çox kamikadze PUA, 100-dən çox ballistik raket və onlarla qanadlı raketlə İsrailə misli görünməmiş cavab hücumu həyata keçirəndə Təl-Əvivin müdafiəsi təkcə ABŞ-da deyildi. İsraili qorumaq üçün kiçik bir koalisiyanı bir araya gətirən Co Bayden administrasiyası İordaniya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Böyük Britaniyanın da dəstəyini almağa nail olub. Cümə günü Amerika yəhudi icmasına danışan Ağ Evin Yaxın Şərq koordinatoru Brett Makqurk iddia edib ki, tarixçilər son iki həftəyə nəzər saldıqda, bu böhranın idarə olunmasından yeni Yaxın Şərq təhlükəsizlik arxitekturasının yarandığını görəcəklər. Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, bəzilərinin Suriyanın şimalında YPG/PKK terror təşkilatına və qurulması arzulanan terror dövlətinə verilən dəstəyin əsas aktorlarından biri kimi gördüyü Makqurk İsrail üçün bir araya gətirilən müdafiənin qeyri-adi olduğunu düşünür. ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə yeni bir dövrə işarə edərək və İsrailin bu böhrandan daha güclü çıxdığını müdafiə edərək deyib: “Biz bunu regionda oyunun qaydalarını dəyişdirəcək bir inkişaf kimi görürük”. ABŞ aprelin 13-nə keçən gecə İsraili İranın hücumlarından qoruyan çoxmillətli ittifaqa əsaslanaraq, Yaxın Şərqdə İsrailin xeyrinə yeni təhlükəsizlik arxitekturasının meydana çıxacağını proqnozlaşdırır.  Ötən ildən Vaşinqton İsrail və Səudiyyə Ərəbistanı arasında “meqa razılaşma” üzərində işləyir. Makqurk deyir ki, ABŞ prezidenti Baydenin oktyabrın 7-dən (HƏMAS - İsrail müharibəsi başlayandan - red.) sonra bir neçə dəfə xatırlatdığı bu tarixi normallaşma sazişi “bir neçə ay ərzində nəticə verə bilər”. Bildirilir ki, Səudiyyə Ərəbistanına İsrailin diplomatik tanınması müqabilində yeni silah müqavilələri, mülki nüvə proqramları və müstəqil Fələstin dövləti üçün həll prosesi təklif edilib. Oktyabrın 7-dən bir neçə gün sonra verdiyi açıqlamada prezident Bayden HƏMAS-ın İsrailə hücumunun bu normallaşmanı pozmaq olduğunu düşündüyünü deyib: “HƏMAS-ın İsrailə qarşı hərəkətə keçməsinin səbəblərindən biri də səudiyyəlilərlə masa arxasında oturacağımı bilmələri idi”. Bayden administrasiyası ümid edir ki, bu meqa sövdələşmə təkcə regional sabitliyi dəstəkləməyəcək, həm də İsrailin bölgədə daha rahatlaşdığı bir vaxtda İranın artan təsirinə qarşı mühüm rol oynayacaq. Aprelin 13-də İordaniya və Səudiyyə Ərəbistanının dəstəyi ilə İsrailin İrana qarşı müdafiəsi Yaxın Şərqdə gələcək tarazlıq üçün bir treyler olaraq görülür. Amerika mətbuatına danışan ABŞ rəsmiləri bildiriblər ki, Bayden administrasiyası İsraillə tank sursatları, hərbi maşınlar və minaatanlar da daxil olmaqla 1 milyard dollardan çox dəyərində yeni silah sövdələşməsini nəzərdən keçirir. Bu saziş hazırda Konqresdə təsdiqini gözləyən İsrailə ayrılan 26,3 milyard dollarlıq böyük yardımdan ayrı qiymətləndirilir.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

“Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək”. Bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib. “Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman (xarici agentlər haqqında qanunu - red.) ləğv etmək, ona yenidən baxmaq və ya yenisini qəbul etmək çox asan olacaq”, - Qaribaşvili jurnalistlərə deyib. Siyasətçinin sözlərinə görə, Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu alanda Avropa İttifaqı ilə münasibətlərdə müsbət mənada pik həddə çatıb. Bundan sonra Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar başlayıb, lakin respublikanın üzvlüyü ilə bağlı icma ölkələri arasında hələlik konsensus yoxdur. Mənbə: TASS

Çin Ukraynada müharibəni qızışdırır - Blinken

Çinin dəstəyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirməsinə yardım edir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İtaliyanın Kapri adasında G7 ölkələrinin XİN rəhbərlərinin görüşündən sonra deyib. O, Pekini dolayı yolla Ukraynada müharibəyə qızışdırmaqda ittiham edib.

G7 İranı hədələdi: Rusiyaya silah vermə...

İranın Rusiyaya ballistik raketlər təhvil verməsi G7 ölkələrinin sürətli və koordinasiyalı cavabına səbəb olacaq. Sozcu.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub. “İranı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmağa çağırırıq. Tehranın ballistik raket və ya əlaqəli texnologiyaları Rusiyaya ötürmək üçün istənilən addımı İrana qarşı yeni, sərt tədbirlərin görülməsini əhatə edən sürətli və koordinasiyalı reaksiyamıza səbəb olacaq”, - bəyanatda bildirilib.

Rusiya son sutkada Ukraynada görün nələr itirib...

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 870 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 457 830 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 17 zirehli döyüş maşını, 21 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel

Gürcüstanda birinci oxunuşda qəbul edilən “Xarici agentlər haqqında” qanun bu ölkənin Avropa Birliyinə daxil olmaq istəklərinə uyğun gəlmir. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib. “Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, - Mişel bildirib. Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.

784-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 784-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 456 050 hərbçi, 7 193 ədəd tank, 13 827 ədəd zirehli döyüş maşını, 11 624 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 760 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 587 ədəd avtomobil texnikası, 9 279 ədəd PUA, 2 093 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 910 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu rus zabitlərinin olduğu komanda məntəqəsini vurdu

Ukrayna ordusu Krımda Rusiyanın yüksək rütbəli zabitlərinin yerləşdiyi komanda məntəqəsinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xüsusi xidmət orqanlarındakı mənbə bildirib. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

ABŞ İsraili əmin etdi: İranın istənilən hücumuna qarşı...

Pentaqon rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qalanta telefon danışığında bildirib ki, İsrail İranın hücumlarına qarşı müdafiədə ABŞ-ın tam dəstəyinə arxalana bilər. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. “Dövlət katibi Ostin açıq şəkildə bildirib ki, İsrail İran və onun regiondakı əlaltılarının istənilən hücumuna qarşı özünü müdafiə üçün ABŞ-ın tam dəstəyinə arxalana bilər”, - bəyanatda deyilir.