Niderlandın “Evertsen” esminesi, Kanadanın “Toronto” və İspaniyanın “Santa Mariya” freqatları İstanbul boğazından keçərək, Qara dənizə daxil olub. Axar.az DHA-ya istinadla xəbər verir ki, yol boyu onları Türkiyə gəmisi müşayiət edib. Fransanın “Var” tankeri də hərbi gəmilər qrupu ilə birgə İstanbula gəlib, amma hələ Qara dənizə daxil olmayıb. NATO dənizçiləri Ukrayna və Gürcüstan...
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistanda əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlayıb. Ombudsman Aparatından Sozcu.az-a verilən məlumatda qeyd edilib ki, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında...
“Cari ildə Prezidentin Ehtiyat Fondu sivil ölkələr arasında yalnız Azərbaycanda fəaliyyət göstərir” “2006-cı ildən etibarən dövlət büdcəsinin bir hissəsi Prezidentin Ehtiyat Fondu vasitəsilə xərclənir. Həmin dövrdən indiyədək Prezidentin Ehtiyat Fondu büdcədən 3 milyard 347 milyon manat xərcləyib”. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. O, Prezidentin...
“Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından uzaqlaşdırılmayıb, sadəcə, dünən keçirilən qapalı toplantıda onun Xalq Hərəkatının İdarə Heyətinin üzvü olub-olmaması məsələsi müzakirə edilib”. Sozcu.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Xalq Hərəkatının dönəm sədri, Ağ Partiyanın sədri Tural Abbaslı məlumat verib. Qeyd edək ki, bu il yanvarın 26-da “Azərbaycan...
Tanınmış kriminal avtoritet Lotu Qulinin (Nadir Səlifov) yaxın adamı kimi tanınan Elnur Şuşalı Əli İnsanovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Sozcu.az Bizimyol.info-ya istinadla xəbər verir ki, sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasından sonra verdiyi müsahibəsində səsləndirdiyi fikirlər kriminal avtoriteti də dilə gətirib. Sabiq nazirin açıqlamasında "Mən həbsdə nə ailə üzvlərimlə,...
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun “AzPolitika”ya müsahibəsi – İlyas müəllim, Prezident İlham Əliyevin imzaladağı əfv sərəncamı ilə beynəlxalq təşkilatların “siyasi məhbus” hesab etdiyi xeyli sayda məhbus, o cümlədən bir müddət əvvəl Sizin də azadlığa buraxılmasını istədiyiniz sabiq səhiyyə naziri Əli İnsanov artıq azadlığa çıxıb. Bu əfv sərəncamını...
Jurnalist Əvəz Zeynallı eks-prezident Əbülfəz Elçibəylə bağlı maraqlı arxiv sənədi paylaşıb. “Yeni Sabah” xəbər verir ki, o bildirib ki, Əbülfəz Elçibəyin əsərlərinin II cildini hazırlayarkən heyrətamiz sənədlər və məktublarla qarşılaşıb.Onlardan biri isə 1992-ci ildə ABŞ prezidenti Corc Buşun Azərbaycan prezidenti Əbülfəz Elçibəyə yazdığı məktubdur. Jurnalist qeyd edir: “Məktubu indi oxuduqda zamanın...
“Yeni Sabah” Turan İnformasiya Agentliyinin yayımladığı “Azərbaycanda sistemli böhran” başlıqlı ölkədə son siyasi proseslərin analitikasına yönəlmiş yazını Sozcu.az təqdim edir. Yazının müəllifi iqtisadçı ekspert Natiq Cəfərlidir:2019-cu ildə elan edilmiş struktur dəyişikliklərinin məntiqi Biz bu gün görürük ki, ölkənin idarə olunmasında nələrsə baş verir. Müəyyən idarəetmə strukturları dəyişdirilir, bəziləri ləğv edilir, yeniləri...
Almaniyanın Berlin Humbolt universitetində alman tarixçi alimlərlə birgə “Bakının multikultural həyatında almanların rolu” adlı konfrans keçirilib. Axar.az xəbər verir ki, konfrans Humbolt universiteti, Almaniya azərbaycanlılarının “Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi”, eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda alman tarixçi alimləri və professorlar Döke...
Aprelin 4-də Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Sozcu.az-ın Aİ Şurasına istinadən verdiyi məlumata görə, iclas Brüsseldə baş tutacaq. Əməkdaşlıq Şurasının 16-cı iclasında əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq. İclasa xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrlik edəcəyi gözlənilir. Qeyd edək ki, 15-ci...