Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış...
2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris...
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar. Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək...
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayıb. Sozcu.az xəbər verir ki, Deputat bununla bağlı vətəndaşlara müraciət edib. Siyavuş Novruzov sosial şəbəkədə ona göndərilən maraqlı fikir və təkliflərə görə təşəkkür...
Yay aylarında qida zəhərlənmələri çox tez-tez baş verir. Son vaxtlarda isə Azərbaycanda zəhərlənmə kütləvi hal almağa başlayıb. Dünən İsmayıllıda və Şəkidə toya gedənlər kütləvi şəkildə zəhərləniblər. Bəs zəhərlənmə hallarından yayınmaq üçün nələr etmək lazımdır? Qida Təhlükəsizliyi Agentliyinin qida məhsulları üzrə mütəxəssisi Ramazan Nəbiyev “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, zəhərlənmə...
“Türkiyə və Rusiya prezidentləri artıq neçənci dəfədir ki, Suriyanın İdlib şəhərinə görə görüşür və mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Azərbaycanla sıx əlaqələri olan Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə görə bircə dəfə də ayrıca müzakirə aparmayıblar". Qeyd edək ki, bu iddia ilə tanınmış ekspert Elxan Şahinoğlu çıxış edib: “Ancaq buna...
Tarixdə hеç bir qüvvə dünyanı, xüsusilə Şərq dünyasını, bugünkü Qərb Kütləvi İnformasiya Vasitələri (KİV) qədər təhdid və təzyiq altında saxlamamışdır. Nə orta əsrlərdəki odlu silah, nə qatar, nə tеlеfon - tеlеqrafdan istifadə, nə XX əsrin hərb tеxnikası və nə də hətta nüvə silahı Qərb Mеdiyası qədər təsir gücünə malik...

Cəbhədə son durum

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu...
Bakı şəhər Baş Polis İdarəsi icra başçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə...

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Sozcu.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən...