Misirin sabiq prezidenti Məhəmməd Mursinin ölümü şübhəlidir. Sozcu.az xəbər verir ki, bunu "Yeni Akit" qəzetinə açıqlamasında Yaxın Şərq üzrə türkiyəli ekspert İsmayıl Yaşar deyib. O bildirib ki, Mursi Sisi xuntası tərəfindən şəhid edilib: "Mursi həqiqətən hər hansı xəstəlik səbəbindən öldü, yoxsa öldürüldümü, dəqiq deyil. Rəsmi açıqlamalarda öldüyü bildirilir, amma ətraflı araşdırma...
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərivdan imtina edib. Sozcu.az-ın xəbərinə görə, E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. Məktubu Rüfət Səfərov özünün feysbuk səhifəsində yayaraq bunları yazıb: "Bu məktub bu gün də olmasa, məsələn, 50 il sonrakı azərbaycanlı üçün əhəmiyyət daşıyacaq... dostlar, Siz də oxuyun, nəticə çıxarın... doğru bildiklərimi...
Vivian Nereym, Donna Əbunəsr “Bloomberg”, Riyad şəhərindəki bir idman barında öləzi işıqlar altında asta musiqi səslənir. Bar kətilində oturmuş qadınlar gözlərini divardakı ekranlara zilləyib və futbol komandası qol vurduqda qışqırır, sonra mavi “moxito”larını qurtum-qurtum içirlər. Səudiyyə Ərəbistanında, əlbəttə, bu mənzərədə bir şey çatışmır: spirtli içki. Alkoqollu içki qadağandır. Səltənət möhtəşəm ictimai transformasiya...
Hər iki tərəf “Keşikçidağ”ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik. APA xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili deyib. O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq. “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu, çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım...
Yazıçı Murad Köhnəqalanın aliment borcuna görə həbs olunması bu mövzunu yenidən gündəmə gətirib. Son illər ictimai şəxslərin boşanmanın artması ilə bağlı verdiyi həyəcan siqnallarının yanında aliment borcu problemi də yer alıb. Bu günə kimi mətbuata yayımlanan və yayımlanmayan sözügedən məsələyə görə xeyli adam inzibati həbs olunub. Bəs aliment təyin...
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib. Report-un xəbərinə görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb. Xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma...
Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, görüş iyunun 20-də Vaşinqtonda baş tutacaq.
İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub. Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verdi. Bildirildi ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci...
ABŞ istehsalı olan “Çernobıl” serialı bütün dünyanın diqqət mərkəzindədir. Bu serial dünyaca məşhur “Taxt oyunları” kimi baxımlı ekran işini də reytinqdə geridə qoyub. Sözügedən serialın gündəm olmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən Çernobıla turlar təşkil edilməsinə başlanılıb. Bu serial ətrafında gedən müzakirələr və ekran işinə böyük marağın...
Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda yandırılıb. Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, oyunların bir qrup nümayəndə heyəti 1355 metr hündürlüyü olan Musadağın ətəyində yerləşən Vaqif kəndindəki erməni kilsəsində Ermənistan və “Artsax” bayraqlarının fonunda...