Bu yay Yer kürəsində qeyri-adi hava şəraiti müşahidə olunur. Belə ki, Fransa və İspaniyada dəhşətli istilər hökm sürdüyü bir vaxtda Rusiyada havalar kəskin soyuyub. Moskvada 29 iyunda son 70 ilin ən soyuq havası (11 dərəcə) qeydə alınıb. Mütəxəssislər bu cür hava şəraitinin normal olmadığını deyirlər. Sözcü.az xəbər verir ki,məsələ ilə bağlı...
Daxili İşlər naziri Vilayət Eyvazov Polis Günü münasibətilə şəxsi heyəti təbrik edib. Sozcu.az təbrikin mətnini təqdim edir: "Hörmətli həmkarlar! Yarandığı gündən şərəfli bir yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət etmiş, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycan Respublikasının...
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin daxilində çaxnaşma yaşanır. Sözcü.az xəbər verir ki, 2020-ci ildə separatçı rejim “prezident və parlament seçkilərini” eyni vaxtda keçirəcək. Rejimin “rəhbəri” Bako Saakyan postundan imtina etmək niyyətində deyil, lakin Ermənistan rəhbərliyi “Qarabağ klanı” ilə mübarizə kontekstində ona təzyiqlər edir. İrəvanın təzyiqi ilə Saakyan...
Ermənistan rəhbərliyi Azərbaycanla mümkün müharibəyə hazırlıq çərçivəsində işğal altındakı Kəlbəcər rayonu ərazisində yeniyetmələr üçün yeni təlim düşərgəsi yaradıb. İyunun 18-də başlayan və bu gün yekunlaşan 12 günlük təlimlər zamanı 12-18 yaş arasında 170 erməni yeniyetməsi dağ atıcılığı təlimi keçib. Onlar əsasən, Zəngəzur, Qarabağ və Gürcüstanın Cavaxetiya bölgəsindən toplanan gənclərdən ibarətdir. Təlimlər...
Kəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, Həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb: “Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat...
Bu gün Donbasdakı situasiya əsl qaynar müharibədir. Sozcu.az xəbər verir ki, bu sözləri amerikalı general Devid Petreus deyib. O bildirib ki, Ukrayna ordusu müdafiəni və əks-həmləni gücləndirməlidir: “Bu ki Gürcüstanda, digər ölkələrdəki kimi dondurulmuş münaqişə deyil. Burada gündəlik silahlı atışma yaşanır. Rusiya bunu hazırki səviyyədə saxlamağa, münaqişəni daha da alovlandırmamağa çalışır. Çünki...
Ötən bazar günü İTV-nin yayımladığı “Diqqət Mərkəzi-Yekun” Tolk-Şousunda çıxış edən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib. Sozcu.az xəbər verir ki, Vüqar Bayramov əlavə edib ki, təkliflər dövlət qurumlarına təqdim edilir: "Onların bir qismi sosial paketin bir elementi olaraq artıq qəbul edilib. Nəzərə...
Prioritet məsələmiz İranla ABŞ arasındakı gərginliyin azalmasıdır. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla görüşü barədə danışarkən deyib. Makron Trampla qlobal iqlim məsələsi və İranı müzakirə etdiklərini söyləyib: "Avropa ölkələri İranın nüvə silahına sahib olmasını istəmir. İran müqaviləni tərk etməməlidir. Görəcəyimiz iş sanksiya tətbiq etmək...
G20 sammiti ölkə rəhbərləri arasında müəyyən məsələlərin müzakirə olunması üçün çox önəmlidir. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti haqqında danışarkən deyib. O bildirib ki, sammitin əsas məqamlarından biri Tramp-Putin görüşü oldu: “Dünya bu görüşü səbirsizliklə gözləyirdi. Uzun müddətdir Putin və Tramp arasında görüş keçirilmirdi. Sonuncu...

Cəbhədə son durum

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Sozcu.az