“Təsəvvür edirsiz, bu yaxınlarda Bakıda, Azərbaycan paytaxtının mərkəzi küçələrindən birində təsadüfən erməni tələbə yoldaşım Vladimir Şikaryanı gördüm. Məndən gizlənmək istəsə də, onu saxlayıb hiddətlə soruşdum ki, sən burada nə gəzirsən, Bakıya necə gəlibsən? Cavab verdi ki, mən ləzgiyəm, erməni deyiləm ki,heç bir problem yoxdur, rahat gəlib gedirəm. Nə isə,...
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanununun ləğvi barədə qanunu təsdiq edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq "Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanunu edib. Qeyd edək ki, sözügedən...
Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb. Trend-in məlumatına görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir. Bu təlimlərdə həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir. Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir.
Sabah Ramazan ayının 18-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 23-də Bakıda imsak saat 03:33, iftar isə saat 20:13-dədir. Ramazan ayının 18-ci gününün duası: “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”. “İlahi, məni bu ayda Öz...
Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının səbəblərini açıqlayıb. Sozcu.az xəbər verir ki, 250 səhifədən ibarət açıqlamada bildirilib ki, seçki məntəqələrinin və dairələrinin məsul şəxsləri qanunazidd şəkildə təyin olunub. Həmçinin 377 nəfər məhdudiyyətli şəxs səs verib, 6 ölmüş şəxsin yerinə imza atılıb....
AXH İdarə Heyətinin üzvü: “Onun Azərbaycanda olmaması və aparılan həbslər AXH-nin mitinqinin möhtəşəm alınmasına maneə yaradası deyil” Sozcu.az  xəbər verir ki, mayın 19-da axşam saatlarında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü, general-leytenant İsgəndər Həmidovun anidən vəziyyəti pisləşib. Sabiq nazir şiddətli ürək ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib....
Rusiyalı məşhur televiziya aparıcısı, rus şovinist siyasətinin ən aqressiv təbliğat vintciyi funksiyasını qeyri-peşəkar səviyyədə icra edən Vladimir Solovyov yenidən Azərbaycana qarşı provokasiyaya əl atıb. Sozcu.az xəbər verir ki, “Vladimir Solovyovla axşam” verilişində çıxış edən Solovyov Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına qoyub. Belə ki, Donbas böhranının müzakirə olunduğu verilişdə qondarma...
"O günləri Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...” “Dağıstanda rüşvətlə ləzgi, avar soyadları götürüb Azərbaycana rahat gəlib- gedən ermənilər çoxdur...” “Erməni olduğu tam bilinən qızlar Bakı küçələrinin tinlərində durub guya selfi çəkdirirlər...” “Son zamanlar paytaxtımıza ermənilərin axını güclənib. Bu faktdır. Mən tez-tez fizionomiyasından erməni olduğu aşkar olan adamlar görürəm...” Bunu Moderator.az-a açıqlamasında son...
ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.Sozcu.az xəbər verir ki,bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq. Amerika...
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər. Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Qeyd edək ki, tanınmış jurnalist və bloger Fuad Abbasov mayın...