“Carçı” Araşdırma Mərkəzi hesabat verdi: Cumhuriyyətimizin 100 ilinə həsr edilmiş ilk kitabı biz yazdıq

“Carçı” Araşdırma Mərkəzinin rəhbərliyi Milli Dirçəliş Gününün 30 illiyi ilə bağlı bayram toplantısı keçirib və mərkəzin iki illik fəaliyyətinin hesabatını verib.

Mərkəzin sədri Sərxan Carçı 2016-ci ilin noyabrında necə illik fəaliyyətini daha da sistemli şəkildə davam etdirmək üçün bir ictimai birlik yaratmaq fikrinə düşdüyünü söyləyərək bunları deyib:

“Dekabr ayında birliyin ilk təsis iclasını keçirib qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Amma nazirlik çox qeyri ciddi rəylə bizi dövlət qeydiyyatına almaqdan imtina etdi. Bəhanələri də o oldu ki, “Carçı” adı ilə fəaliyyət göstərmək olmaz. Bundan sonra təşkilatımızın qeydiyyatı üçün məhkəməyə müraciət etdik. Çox təəssüf ki, məhkəmə də nazirliyin bu qeyri ciddi, hətta komik fikrini dəstəklədi. Təbii ki, geri çəkilməyib apellyasiya məhkəməsinə müraciət etdik. Gözlədiyimiz kimi apellyasiya məhkəməsi də onlar deyəni dedi”.

Sərxan Carçı Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı ilk kitabın onların yazdığını qeyd edib:

“Qeydə alinmamagimiza rəğmən fəaliyyətimizə davam etdik. İki ildə iki kitab ərsəyə gətirdik. Cümhuriyyətimizin 100 illiyinə həsr edilmiş ilk kitabı da biz yazdıq. İkinci kitabin təqdimatı İstanbulda baş tutdu və kitaba görə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri məni görüşə dəvət etdi. Onu da deyim ki, fəaliyyətimiz təkcə bu kitablardan ibarət deyil. Araşdırma istiqamətində neçə -neçə məqalələr yazıb mətbuatda yayımladıq. Həmçinin araşdırma mərkəzi olaraq bir çox tarixi abidələrin, ələxsus da Qazax rayonununda yerləşən “Şəkərin qalası”nin tarixi əhəmiyyətli bina kimi qeydiyyata alınması üçün çalışdıq. Düzdür qala hələ qeydə alınmayıb, amma bu istiqamətdə çalışmamışam davam edəcək”.

Hesabat tədbirində Cumhuriyyətimizin 100 illiyi ilə bağlı mükafatlandirmalar da olub.

100 illiklə bağlı fəaliyyətə görə bir neçə namizəd olsa da, Sərxan Carçı namizədin gənc olmasını və fəaliyyətin sistemli olmasını əsas tutaraq, əsas mükafatı gənc tarixçi- araşdırmaçı Elmar Həsənliyə təqdim edib. Hədiyyə usta Nicat Əliyevin Cümhuriyyətin 100 illiyi üçün gümüşdən hazırladığı, qızıl suyuna çəkilmiş döş nişanı olub.

Mükafatlandirma bununla bitməyib, əlavə dəyərləndirmələr də olub.

“Carçı” Araşdırma Mərkəzinin araşdırmalarına dəstəkçi olan Zahid Qasıma, mərkəzin tədbirlərinin təşkilatına yardımçı olan Rövşən İsayeva, “Nöqtə- Yeni Başlanğıc” ictimai birliyinin üzvlərinə və digər iştirakçılara xüsusi olaraq 100 illik üçün hazırlanmış açıqcalar paylanıb.

Tədbirin sonunda “Carçı”Araşdırma Mərkəzinin sədri Sərxan Carçı mərkəzin indən belə də, xalqın xidmətində olacağını bildirib.

Elşən Əlisoy
Sozcu.az