“Carçı” Araşdırma Mərkəzi çağırış etdi: “Sirdaş”a baxmayaq!”

“Carçı” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı  Xəzər TV-nin “Sirdaş” verilişini baykot etməyə çağırdı.

Sozcu.az xəbər verir ki, bu barədə “Carçı Araşdırma”  mərkəzinin sədri Sərxan Carçı özünün feysbuk səhifəsində yazıb:

“”Sirdaş”a baxmayaq!

Dəyərli dostlar!

Rəhbəri olduğum “Carçı” Araşdırma Mərkəzinin adından İçərişəhərdəki hadisələrlə bağlı faktlar dolu bəyanat yaymaq istəyirdik. Amma gördüyünüz kimi deyiləsi sözlər deyildi, yazılasılar yazıldı, hətta kifayət qədər video çəkildi və yayıldı. Araşdırma mərkəzinin dostları ilə biz də orda olduq, çəkdik, yaydıq. Ən əsası isə danışdıq da.

Abzas.net səhifəsinə təşəkkür edirəm. Onların vasitəsilə telekanalların nə qədər çirkab olduğunu bir daha ifşa etdik. AMMA…

“Carçı” Araşdırma Mərkəzi olaraq sizdən bir istəyimiz var. “Sirdaş” verilişini virtual aksiya vasitəsilə ilə baykot edək. İndiyə qədər sevə-sevə izlədiyimiz verilişdə tarixçi-filosof kimi danışan , “İçərişəhər” dövlət qoruğunun mətbuat katibi Rahib Azəri dünən heç kimə fərli bir cavab vermədi. Hamını qoruq idarəsinə yönəltdi ki, gedin ordan icazə alın. Sanki tarixi məkanlarımızi görmək üçün, vətəndaş olaraq ora nəzarət etmək üçün mütləq ərizə ilə icazə almalıyıq.

“Sirdaş” verilişini baykot edək!”