“Cəmiyyət üçün qisasçı Əli İnsanov “siyasətçi” Əli İnsanovdan daha çox maraqlı idi” – Elşən Əlisoy

Əfv sərəncamı ilə 14 illik həbsdən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov, nəhayət ki, mediaya ilk müsahibəsini verib və mraqlı fikirlər səsləndirib. Müsahibəsində Əli İnsanov Azərbayanın Qərblə, Avropa ilə münasibətlərinə də toxunub və deyib ki, əgər prezident İlham Əliyev Azərbaycanı Avropaya aparsa, onu dəstəkləyər.

Əli İnsanovun fikirlərinə münasibət bildirən Sozcu.az saytının rəhbəri Elşən Əlisoy bildirib ki, Əli İnsanovun həbsdən çıxdıqdan sonra mətbuat konfransı keçirməməsi onun nəsə ciddi bir iş ortaya qoyacağı fikirlərini alt-üst etdi:

“Cəmiyyətin Əli İnsanovun azad edilməsindən çox, Əli İnsanovun azadlğa çaxacağı təqdirdə keçirəcəyi mətbuat konfransı daha çox maraqlı idi. Əli İnsanov bu hakimiyyətin qurucularından və rejimin cinayətlərinin bir çoxunun bir başa iştirakçısı, bir çoxundan da ciddi məlumatı olan biridir. Ancaq həbsdən çıxdıqdan sonra mətbuat konfransı keçirməməsi onun nəsə ciddi bir iş ortaya qoyacağı fikirlərini alt-üst etdi. Təbii ki, ciddi təzyiqlər altında qalıb və mətbut konfransı keçirməyib.

Əli İnsanovun həbsdən azad edilməsi Qərbi Azərbaycanlıları hakimiyyətin diqqətinə daha da ciddi formada saldı. Hakimiyyətdə təmsil olunan Qərbi Azərbaycanlıların əksəriyyətinin milyonluq mülkləri, ciddi gəlir mənbələri var. Misir Mərdanovun Əli İnsanov haqqında verdiyi açıqlamadan hiss olunur ki, bunlara ciddi xəbərdarlıqlar edilibdir. Əli İnsanov yeni açıqlamasında bildirib ki, İlham Əliyev Avroatlantik məkana inteqrasiya xətti tutsa, mən ona dəstək olacaq. Artıq siyasətçilik etməyə başladı. “Qisasçı” Əli İnsanov “diplomat” Əli İnsanovla əvəzləndi. Cəmiyyətdə isə siyasətçi Əli İnsanova elə bir maraq yoxdur.
Bəlkə də hakimiyyətdə baş verənlərlə bağlı başqalarından fərqli informasiyası olacaq,ancaq bu elə də əhəmiyyətli bir şey deyil.

Anar Rəsullu
Sozcu.az