“Cəmil Həsənliyə görə işimi itirdim”

“Cəmil Həsənli də “Real”ı satqınlıqda suçladı. 2013-cü il Prezident seçkilərində onun rəsmən vəkili olmuşdum (qeydiyyatlı, sənədli). Özü xahiş etmişdi”.

Sozcu.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının Xarici Əlaqələr Katibi Erkin Qədirli sosial şəbkədə yazıb. O, bildirib ki, o vaxt Milli Şura sədri Cəmil Həsənlinin sözünü yerə salmayıb və vəkili olub:

“Buna görə işimi itirdim. O vaxtdan işsizəm. Gileylənmirəm, peşman deyiləm. Tələsən yerim yoxdur. Nəticələrimi çıxarıram. Bunun özü də bir təcrübədir. Çox şey aydın oldu”.(Qafqazinfo.az)