“Bütün kubokları qazana biləcək yeganə komanda “Mançester Siti”dir” – Poçettino

“Mançester Siti” Avropa və İngiltərənin ən güclü komandalarından biridir. Buna görə də bizim üçün çətin matç olacaq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı hazırlaşmaq üçün vaxtımız oldu. Oyuna aqressiv və yüksək sürətlə başlamaq istəyirik”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ilk oyun öncəsi deyib.

“Bu, baş məşqçi kayeramın ən önəmli matçlarından biridir. “Mançester Siti” son bir neçə ildə hər şeyi qazanmaq üçün bir komanda qurub. Hazırda bütün kubokları qazana biləcək yeganə komanda onlardır” – deyə o bildirib.

Argentinalı mütəxəssis Pep Qvardiola ilə çox qarşılaşdıqlarını söyləyib: “Mançester Siti” bizim cəsur futbol oynadığımız bilir. Meydanda aqressiv oluruq. Yenə eyni şeyləri edib onları məğlub etməyə çalışacağıq”.

Qeyd edək ki, “Tottenhem” – “Mançester Siti” görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(Qol.az)