“Buradan ya meyidim çıxacaq, ya da…” – Tofiq Yaqublu

“Tofiq Yaqublu bildirdi ki, həbsxana şəraitində aclıq ağır gedir, çox zəifləyib”.

Sozcu.az-ın xəbərinə görə bunu 6 gündür həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

“Görənlər rəngimin çox avazıdığını və gözümün çuxura düşdüyünü deyirlər. Mehman üçün aclıq edəndə aclığın 10-cu günü özümü necə hiss edirdimsə indi özümü elə hiss edirəm. Ancaq iradəm möhkəmdir! Mən ölməyə hazıram. Buradan ya meyidim çıxacaq, ya da mənə bəraət veriləcək!Əgər ölərəmsə, bu mənim xalq qarşısında kiçik bir xidmətim olacaq. Heç olmasa ölümüm boşuna getməyəcək və xalqı azadlığa çağıracaq. Yəqin ki, daha məndən sonra heç kim şərlənib həbs olunmaz. Məni məcburi qidalandıra bilməzsiniz! Bu işin zarafatı yox”- o əlavə edib.

Facebook Comments