Bunu Rusiyanın qarşısını almaq üçün edirik – ABŞ

ABŞ qoşunlarının Almaniyadan çıxarılması Rusiyaya qarşı yönəlib.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

“Qoşunlarımızı Avropadan çıxarıb şərqə doğru yerləşdirməyimizin bir səbəbi var, bu ərazilərdə Rusiyanın qarşısını almaq”, – Esper bildirib.

Onun sözlərinə görə bir çox müttəfiq bunu uğurlu addım kimi qiymətləndirir. Bundan əlavə Pentaqon rəhbəri bildirib ki, Almaniyadan çıxardılacaq 12 min əsgərin 6.4 mini Amerikaya, qalanları isə İtaliya və Belçika da daxil olmaqa bir sıra NATO ölkəsinə göndərləcək. Eyni zamanda ABŞ-ın Avropa qüvvələrinin qərargahının Almaniyadan Belçikanın Mons şəhərinə köçürüləcəyi də nəzərdə tutulub.

Facebook Comments