Bunu da içək özü burda olmayıb,ürəyi burda olanların sağlığına …

Elşən Əlisoy
Qarabağ söhbəti nədənsə içki məclislərində daha maraqlı olur. Bir məcburi köçkün qədəhi götürüb , “Vətən sənə canım fəda” və ya əlini daglara tuşlayib, “O dağların o üzündə qalıbdır” – kimi şerlər deyir, orda keçirdikləri gözəl günləri yadlarına salıb erməninin atasının goruna söyə-söyə yeyib içirlər. Ümumiyyətlə içki məclisindəki Qarabağ söhbəti tamam başqadır…

Mən tanıdığım koçkunlərimiz var idi ki, Qarabağ mitinqinə gələ bilmədilər(hətta yaxın bir dostum bir neçəsinə zəng etdi). Onu da deyim ki, bunlar mitinqlərə nədənsə heç vaxt gedə bilmirlər. Amma tam əminəm ki, onların ürəyi hər zaman Qarabağda, hər zaman Qarabağla bağlı keçirilən tədbirlərdədir.

Buna görə də Qarabağ mitinqlərində bir dəyişiklik etmək lazımdır. Mən bilən Akif Nağı bəy namaz əhlidir, İrana da tez-tez getdiyi üçün Məşədi olmamış olmaz, içki içən deyil. Mirmahmud Mirəlioğlu agir seyiddir, Tural Abbaslı bəy neo- osmanlidir, bu da içki içən deyil. isgəndər Həmidov həcidir, bir Əvəz Zeynallı bəyin içib-icmədiyini deyə bilmərəm.

Yaxşı olar ki, gələn mitinqdə tirbunada kiçik bir süfrə açsınlar… Yadimdaykən deyim, mənim bir ağdamlı dostum var, Ilqar Əli, onun da çıxış etməsinə imkan versinlər, yaxşı danışır. Heç olmasa gəlməyən yerlilərimizi yaddan çıxartmayaq də, arada Ilqar bəy belə bir sağlıq desin; “Bunu da içək özü burda olmayıb, ürəyi burda olanların sağlığına…”