“Bundan sonra İranla bağlı münasibətlərimizdə həddindən artıq ehtiyatlı və diqqətli olmalıyıq”

“Azərbaycanın həqiqətən bir müstəqil dövlət olması, güc sahibi olması və regionda müəyyən üstünlüklər qazanmasını İran həzm edə bilmir. Konkret olaraq körpü tikintisi məsələsi İranın həqiqətən xarici siyasətindəki o riakarlığı, Azərbaycana münasibətdə diplomatik hiyləgərliyi özünü göstərir”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. O, İranın tarix boyu Azərbaycana qarşı bu cür siyasət yürütdüyünü bildirib:

“Ümumiyyətlə, Azərbaycan müstəqil olandan sonra İranın Azərbaycana münasibətdə yeritdiyi siyasətdə açıq və üstüörtülü şəkildə düşmənçilik həmişə özünü göstərib. Üzdə bir bir bəyanat verir, arxada tamam başqa bir fərqli yol tutur. Yəni bu da gizlin deyil. Azərbaycanın həqiqətən bir müstəqil dövlət olması, güc sahibi olması və regionda müəyyən üstünlüklər qazanmasını İran həzm edə bilmir. Konkret olaraq körpü tikintisi məsələsi İranın həqiqətən xarici siyasətindəki o riyakarlığı, Azərbaycana münasibətdə diplomatik hiyləgərliyi özünü göstərir. Çünki o sazişin müddəalarında çox açıq şəkildə göstərilir ki, bu su bəndinin tikilməsi davam edəcək və mütləq şərt kimi göstərilir ki, bu azərbaycanlı mütəxəssislərin iştirakıyla olacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra bu məsələlər öz həllini tapacaq. Amma İran etdiyi əməllərə hüquqi bəraət qazandırmaq üçün bu müqaviləni Azərbanla bağlayıb və onun arxasında qara niyyətlərini həyata keçirməkdə davam edir.
Əlbəttə, bu sözün həqiqi mənasında beynəlxalq skandaldır, çünki müstəqil bir dövlətin ərazisini işğal etmiş separatçı bir rejimlə işbirliyi edirsən və orda məqsədi, mahiyyəti bilinməyən layihələr gerçəkləşdirirsən, Ermənistana iqtisadi dəstək verməkdə davam edirsən və bu yandan da Azərbaycandan müəyyən təminatlar istəməyə çalışırsan. Hesab edirəm bu İran tərəfindən sözdə müsəlman birliyindən danışıb, amma əməldə separatizmi dəstəkləmək, Azərbaycanın ərazisini işğal etmiş bir dövlətə iqtisadi yardım göstərmək, düşmənlərinə dəstək vermək – bunların hamısı İranın Azərbaycana yönəlik bu günki siyasətinin əsas məqamlarıdır. Mənə elə gəlir ki, Azərbaycan Xarici İşlər Nazirli bununla bağlı nota verməli, İrandan izahat tələb etməli və özünün öz ərazisi üzərində suveren hüquqlarıyla bağlı İrana xatırlatmalar etməlidir. Düşünürəm ki, bundan sonra biz İranla bağlı münasibətlərimizdə həddindən artıq ehtiyatlı və diqqətli olmalıyıq”.

Facebook Comments